Fəzail Ağamalının partiyasında məhkəmə çəkişməsi başlayır: qurultay... | Icma.az
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Ana Vətən Partiyası (AVP) ilə bağlı məhkəmə çəkişməsi başlayır.
Globalinfo.az xəbər verir ki, bunu “Yeni Sabah”a məlumatlı mənbələr bildirib.
Qeyd olunub ki, AVP-nin keçən ilin oktyabr ayının 25-nə təyin olunan, amma baş tutmayan qurultayından sonra partiyadaxili hesablaşma prosesi davam etməkdədir: “Qurultayda Günay Ağamalının sədrliyə namizədliyini dəstəkləməyən rayon təşkilatının sədrləri heç bir əsas olmadan partiya sıralarından sıralarından uzaqlaşdırılır.
Bu təşkilat sədrlərinin sayı isə ümumi təşkilatların təqribən 75 faizini təşkil edir.
Onların yerinə partiya ilə heç bir əlaqəsi olmayan təsadüfi şəxslər müxtəlif vədlər verilərək gətirilir.
Yeni təyin olunan təşkilat sədrlərinin içərisində şəhid ailələrinin nümayəndələri üstünlük təşkil edir.
Həssas qrupun nümayəndələri Ana Vətən Partiyasında siyasi fəaliyyətə cəlb edilərək təşkilatlanır”.
Məlumata görə, partiyadan çıxarılan rayon təşkilatının sədrlərinin bir qrupu məhkəməyə müraciət edib və yaxında məhkəmə prosesi başlayacaq.
Tam oxu
Xəbəri oxu