Fəzail Ağamalının partiyasında məhkəmə çəkişməsi başlayır: qurultay...
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ana Vətən Partiyası (AVP) ilə bağlı məhkəmə çəkişməsi başlayır.
Globalinfo.az xəbər verir ki, bunu “Yeni Sabah”a məlumatlı mənbələr bildirib.
Qeyd olunub ki, AVP-nin keçən ilin oktyabr ayının 25-nə təyin olunan, amma baş tutmayan qurultayından sonra partiyadaxili hesablaşma prosesi davam etməkdədir:
“Qurultayda Günay Ağamalının sədrliyə namizədliyini dəstəkləməyən rayon təşkilatının sədrləri heç bir əsas olmadan partiya sıralarından sıralarından uzaqlaşdırılır. Bu təşkilat sədrlərinin sayı isə ümumi təşkilatların təqribən 75 faizini təşkil edir. Onların yerinə partiya ilə heç bir əlaqəsi olmayan təsadüfi şəxslər müxtəlif vədlər verilərək gətirilir. Yeni təyin olunan təşkilat sədrlərinin içərisində şəhid ailələrinin nümayəndələri üstünlük təşkil edir. Həssas qrupun nümayəndələri Ana Vətən Partiyasında siyasi fəaliyyətə cəlb edilərək təşkilatlanır”.
Məlumata görə, partiyadan çıxarılan rayon təşkilatının sədrlərinin bir qrupu məhkəməyə müraciət edib və yaxında məhkəmə prosesi başlayacaq.
Partiya rəhbərliyi isə yeni təyin olunan təşkilat sədrlərinin iştirakı ilə yeni qurultaya hazırlaşır.
Mənbə bildirib ki, Ana Vətən Partiyasının növbəti qurultayı bu ayın sonunadək baş tutacaq:
“Qurultayın partiyanın yerləşdiyi binanın akt zalında bu ayın axırına kimi, şənbə günlərinin birində keçirilməsi nəzərdə tutulur. Qurultayın keçirilməsi yeri və vaxtı gizli saxlanılır və qurultay bitdikdən sonra bu barədə mətbuata açıqlama veriləcək”.
Qeyd edək ki, 2025-ci il oktyabrın 25-də AVP-nin növbədənkənar qurultayı keçirilib. Qurultayda partiyanın sədri, sabiq deputat Fəzail Ağamalının qızı, hazırda Milli Məclisin deputatı Günay Ağamalının namizədliyini dəstəkləməsi qalmaqala səbəb olub.
F.Ağamalının oğlu Elçin Ağamalı səsvermə keçirildiyini və sədr seçildiyini bildirib. Lakin atası və bacısı E.Ağamalının legitimliyini qəbul etməyib.
Noyabrın 5-də AVP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyası toplanıb. İclasda partiya üzvü olmayan şəxslərin nümayəndə qismində qurultaya qatılmasına məsuliyyətsiz yanaşdığına və hazırlıq prosesində yol verdiyi nöqsanlara görə, növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verilib.
Eyni zamanda qeyd olunub ki, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun partiya üzvlüyündən çıxmaqla bağlı partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, partiyadakı üzvlüyünə xitam verilib.
Qurultayda partiya sədrliyinə namizd olmuş E.Ağamalı da AVP-dən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 21 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















