525.az saytına istinadən Icma.az xəbər verir.
“Kəndlilərin qoyunçuluğa marağını yenidən artırmaq mümkündür. Bunun üçün ilk növbədə iqtisadi baxımdan cəlbedici mühit yaradılmalıdır. Yem xərclərinin azaldılması istiqamətində tədbirlər görülməli, otlaq sahələri qorunmalı və səmərəli idarə olunmalı, kiçik fermerlər üçün güzəştli kredit və subsidiya mexanizmləri genişləndirilməli, damazlıq işi gücləndirilməli, baytarlıq xidmətlərinin əlçatanlığı yaxşılaşdırılmalıdır”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. Ekspert vurğulayıb ki, fermerlərin məhsullarını daha sərfəli qiymətə sata bilmələri üçün satış və emal infrastrukturunun inkişaf etdirilməsi də vacibdir. İstehsalçı məhsulunu bazara asan çıxara, gəlir əldə edə və gələcəyinə əmin ola bilsə, qoyunçuluğa maraq da artacaq.
Onun fikrincə, bu sahənin inkişafı yalnız subsidiya ilə deyil, istehsaldan satışadək bütün zəncir üzrə əlverişli iqtisadi mühitin formalaşdırılması ilə mümkündür.
Sevinc Qarayeva