“Ffermerlərin məhsullarını daha sərfəli qiymətə sata bilmələri üçün satış və emal infrastrukturunun inkişaf etdirilməsi də vacibdir Ekspert
525.az saytına istinadən Icma.az xəbər verir.
“Kəndlilərin qoyunçuluğa marağını yenidən artırmaq mümkündür. Bunun üçün ilk növbədə iqtisadi baxımdan cəlbedici mühit yaradılmalıdır. Yem xərclərinin azaldılması istiqamətində tədbirlər görülməli, otlaq sahələri qorunmalı və səmərəli idarə olunmalı, kiçik fermerlər üçün güzəştli kredit və subsidiya mexanizmləri genişləndirilməli, damazlıq işi gücləndirilməli, baytarlıq xidmətlərinin əlçatanlığı yaxşılaşdırılmalıdır”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. Ekspert vurğulayıb ki, fermerlərin məhsullarını daha sərfəli qiymətə sata bilmələri üçün satış və emal infrastrukturunun inkişaf etdirilməsi də vacibdir. İstehsalçı məhsulunu bazara asan çıxara, gəlir əldə edə və gələcəyinə əmin ola bilsə, qoyunçuluğa maraq da artacaq.
Onun fikrincə, bu sahənin inkişafı yalnız subsidiya ilə deyil, istehsaldan satışadək bütün zəncir üzrə əlverişli iqtisadi mühitin formalaşdırılması ilə mümkündür.
Sevinc Qarayeva
Baxış sayı:115
Bu xəbər 09 Sentyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















