Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni prezidenti Timur Turlov vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərini Ermənistana edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Şahmat Federasiyasının məlumatına görə, Turlov sentyabrın 29-da Tsaghkadzorda başlayacaq 2026-cı il Dünya Məktəblərarası Şahmat Komanda Çempionatının Avropa mərhələsinin açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində FİDE prezidenti Ermənistan Dövlət Pedaqoji Universitetinin Şahmat Tədqiqat İnstitutunun əməkdaşları ilə də görüşəcək. Görüşdə şahmatın inkişafı, təhsil proqramları və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunması planlaşdırılır.
Murad İsmayıl