FİDE nin yeni prezidenti ilk səfərini bu ölkəyə edəcək
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni prezidenti Timur Turlov vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərini Ermənistana edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Şahmat Federasiyasının məlumatına görə, Turlov sentyabrın 29-da Tsaghkadzorda başlayacaq 2026-cı il Dünya Məktəblərarası Şahmat Komanda Çempionatının Avropa mərhələsinin açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində FİDE prezidenti Ermənistan Dövlət Pedaqoji Universitetinin Şahmat Tədqiqat İnstitutunun əməkdaşları ilə də görüşəcək. Görüşdə şahmatın inkişafı, təhsil proqramları və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunması planlaşdırılır.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:Livanın yeni prezidenti ilk səfərini bu ölkəyə edəcək
12 Yanvar 2025 15:05
İlk səfərini bu ölkəyə edəcək
31 Dekabr 2024 11:26
Şara ilk səfərini bu gün bu ölkəyə edəcək
02 Fevral 2025 08:16
Türkmənistan Prezidenti ilk rəsmi səfərini bu ölkəyə etdi
18 Dekabr 2024 17:54
Bayden son səfərini bu ölkəyə edəcək
20 Dekabr 2024 10:19
Baxış sayı:50
Bu xəbər 29 Sentyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















