FİFA prezidenti Donald Trampı təbrik etdi

06.11.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-da prezident seçkilərində Donald Tramp qalib gəlib. Sport24.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabındakı paylaşımında bu münasibətlə ABŞ-ın yeni prezidentini təbrik edib:

"Təbrik edirəm, cənab Prezident! Bizi ABŞ-da möhtəşəm dünya çempionatı və möhtəşəm klublararası dünya çempionatı gözləyir! Futbol dünyanı birləşdirir!"

Qeyd edək ki, klublararası dünya çempionatı gələn ilin yayında ABŞ-da keçiriləcək. 2026-cı ilin yayında milli komandalar arasında keçiriləcək dünya çempionatına isə təkcə ABŞ deyil, həm də Kanada və Meksika ev sahibliyi edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью