FİFA prezidenti Donald Trampı təbrik etdi
sport24.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-da prezident seçkilərində Donald Tramp qalib gəlib. Sport24.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabındakı paylaşımında bu münasibətlə ABŞ-ın yeni prezidentini təbrik edib:
"Təbrik edirəm, cənab Prezident! Bizi ABŞ-da möhtəşəm dünya çempionatı və möhtəşəm klublararası dünya çempionatı gözləyir! Futbol dünyanı birləşdirir!"
Qeyd edək ki, klublararası dünya çempionatı gələn ilin yayında ABŞ-da keçiriləcək. 2026-cı ilin yayında milli komandalar arasında keçiriləcək dünya çempionatına isə təkcə ABŞ deyil, həm də Kanada və Meksika ev sahibliyi edəcək.
Baxış sayı:136
Bu xəbər 06 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















