Fikirləşdim ki, görəsən, mən də yaşlananda bu vəziyyətə düşə bilərəm? | Icma.az
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Müsahibimiz aktyor, dublyaj prodüseri və rejissoru Rövşən Məmmədlidir.
O, tamaşaçıların yaddaşında daha çox "Bir rəngin min çaları", "Ağabəyovlar", "Əli və Nino", "Qanlı Yanvar", "Kəklikotu", "Əqrəb mövsümü", "Göyçək Fatimə" və "Niyyət" kimi film və seriallarda aldığı rollarla yadda qalıb.
Aktyor, dublyaj prodüseri və rejissoru Rövşən Məmmədli ilə müsahibəni təqdim edirik. - Rövşən bəy, uzun müddətdir dublyajla məşğulsunuz.
Bununla yanaşı, aktyor kimi də fəaliyyət göstərirsiniz. Obrazı hansı üsulla canlandırmaq daha çətindir?
- Təbii ki, səslə canlandırmaq daha çətindir. Çünki teatrda və kinoda səni, mimikalarını, jestlərini görürlər.
Amma dublyajda obrazı elə canlandırmalısan ki, dinləyicidə obrazın təsviri yaransın.
Mən özüm buraya teatr və kino aktyorluğu ixtisasından gəlmişəm.
O vaxtlar dublyajın populyarlaşdığı bir dönəm idi və hamının da arzuladığı bir sahə idi.
Tam oxu
Xəbəri oxu