Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Fikirləşdim ki, görəsən, mən də yaşlananda bu vəziyyətə düşə bilərəm?

Fikirləşdim ki, görəsən, mən də yaşlananda bu vəziyyətə düşə bilərəm?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müsahibimiz aktyor, dublyaj prodüseri və rejissoru Rövşən Məmmədlidir. O, tamaşaçıların yaddaşında daha çox "Bir rəngin min çaları", "Ağabəyovlar", "Əli və Nino", "Qanlı Yanvar", "Kəklikotu", "Əqrəb mövsümü",  "Göyçək Fatimə" və "Niyyət" kimi film və seriallarda aldığı rollarla yadda qalıb.

Aktyor, dublyaj prodüseri və rejissoru Rövşən Məmmədli ilə müsahibəni təqdim edirik.

- Rövşən bəy, uzun müddətdir dublyajla məşğulsunuz. Bununla yanaşı, aktyor kimi də fəaliyyət göstərirsiniz. Obrazı hansı üsulla canlandırmaq daha çətindir?

- Təbii ki, səslə canlandırmaq daha çətindir. Çünki teatrda və kinoda səni, mimikalarını, jestlərini görürlər. Amma dublyajda obrazı elə canlandırmalısan ki, dinləyicidə obrazın təsviri yaransın. Mən özüm buraya teatr və kino aktyorluğu ixtisasından gəlmişəm. O vaxtlar dublyajın populyarlaşdığı bir dönəm idi və hamının da arzuladığı bir sahə idi. Əslində indi də elədir, amma hər adam dublyaj işini bacara bilmir. Mən gəldim, kastlardan keçib dublyajı öyrəndim, eyni zamanda həm filmlərə, həm də seriallara çəkilirdim, teatrda rol alırdım. Amma sonralar teatrdan uzaqlaşdım. Ondan sonra dublyaj rejissoru və prodüseri kimi fəaliyyət göstərməyə başladım.

- Hazırda Azərbaycanda bu sahədə vəziyyət necədir?

- Desək ki, pisdir, yalan olar. Amma istədiyimiz səviyyədə də deyil. Mənfi yanı odur ki, Azərbaycan dilində kinoteatrlarda dublyaj yoxdur, televiziyalarımızda dublyaj yoxdur. Dublyaj olunmuş köhnə filmlər göstərilir, amma yeni filmlər dublyaj olunmur. Axı hər il onlarla, yüzlərlə yeni filmlər, animasiyalar çəkilir. Tamaşaçımızı bundan məhrum edirik və onlar da məcbur qalıb həmin filmləri başqa platformalarda başqa dillərdə izləyirlər. Niyə görə onlar yeni filmlərə Azərbaycan dilində baxmamalıdırlar? Bir tamaşaçı kimi də bundan narazıyam. Nəyə görə məsələn, "Vikinqlər" serialına öz dilimizdə baxa bilmirəm? O vaxt biz həmin serialı bir sezon səsləndirdik, sonra dayandı. Başqa dilləri bilsək belə, film və seriallara öz dilimizdə baxmağın üstünlüyü başqadır. Dili də millətə bu yolla sevdirirlər. Eyni problem animasiyalara da aiddir. Niyə görə son dövrdə olan animasiyalara uşaqlar başqa dillərdə baxmalıdırlar? Əgər uşaq gedib kinoteatrda animasiyaya türk dilində, rus dilində baxırsa, sən sonra ona öz dilini necə sevdirəcəksən? Sonra da rus sektorunda oxuyanları, başqa dildə danışanları qınayırıq. Kino və animasiyalar başqa dillərdə olduğuna görə uşaqlarımız başa düşmürlər. Axı onlar da nəyəsə baxmalıdır. Buna görə də valideynlər uşaqları xarici dil kurslarına göndərirlər. Qınamaq asandır, amma əvvəlcə ortada iş olmalıdır. Çox təəssüf ki, acınacaqlı məqamlardan biri də uşaq kanalımızın olmamasıdır. Bu problem hamımızın yaralı yeridir. Bizim bir dənə uşaq kanalımız var, orada da dublyajı peşəkar aktyorlar səsləndirmirlər. Əslində onları da qınamaq olmaz. Onlar orada başqa işlə məşğul olan insanlardır, məcbur olub dublyaj işini görürlər. Bu, uşaqlara, gənclərə birbaşa zərbə vurur. Sonra da deyirik ki, niyə uşaq "çiyələk" yox, "çilek" deyir. Yenə deyirəm, qınamaq ən axırıncı mərhələdir və bizim üçün ən asan variantdır. Günahı ilk növbədə özümüzdə axtarmalıyıq. Bəzən deyirlər ki, kino, teatr, televiziya tərbiyə vermir. Necə vermir? Tərbiyə vermirsə, bu qədər insan bu şeyləri hardan öyrəndi, necə yetişdi? Nəyisə görüb, izləyib, kimlərisə özümüzə nümunə götürüb öyrənirik də. O baxımından vəziyyət yaxşı deyil. Amma şükür ki, İctimai TV, AzTV, son dövrlər Space TV kimi bir neçə kanalımız var ki, tamaşaçılara Azərbaycan dilində, yaxşı səviyyədə məhsullar təqdim edirlər.

- Rövşən bəy, tez-tez deyirlər ki, kino sənayesi inkişaf etmədiyi müddətdə dublyaj da inkişaf etməyəcək. Siz bu barədə nə düşünürsünüz?

- Ümumiyyətlə, çəkilən kinoların hamısının alt səslərini yazmaq üçün böyük studiyalar lazım olur. Bəli, peşəkar səviyyədə səslənmələr olmalıdır. Bu da "A" kateqoriyalı filmlərə aiddir, amma bizdə elə filmlər yoxdur. Kinomuzun bugünkü vəziyyətinə baxaq, ildə barmaqla sayılacaq qədər az sayda film istehsal olunur. Amma dublyaj tərəfindən baxsaq, görərik ki, nə qədər Hollivud və ya digər ölkələrin filmləri kinoteatrlarda yayımlanır. Azərbaycanda kino sənayesi inkişaf etmirsə, onda niyə xarici filmləri dublyaj edək yanaşması doğru deyil. Biz həmin filmləri dublyaj edə bilərik. Bunun üçün bizə bu sahə üzrə mütəxəssislər lazımdır. Bunun üçün bir yol keçmək, aktyor sayını çoxaltmaq, mütəxəssis yetişdirmək lazımdır. Bunun üçünsə zaman və peşəkar studiyalar lazımdır. Amma kino sahəsinin inkişafı ilə dublyajın inkişafını əlaqələndirmək doğru deyil. Kino çəkilişinin mühiti, dərdi-səri başqadır. Ortada bir körpü var, müəyyən qədər bir-birilə əlaqələndirmək olar, amma birbaşa bağlılığını mən görmürəm.

- Bir tənqidçi bildirmişdi ki, dünyanın yüzlərlə məşhur filmləri Azərbaycan türkcəsinə dublyaj olunmayıb. Həmçinin qeyd edir ki, hamının anladığı türk filmləri çox eybəcər və yanlış şəkildə dilimizə uyğunlaşdırır. Ümumiyyətlə, sanki tamaşaçılarımız da türk filmlərinin dublyaj olunmasına qarşıdırlar.

- Mən hər bir halda bu fikrin əleyhinəyəm. Əgər bizim kino Türkiyə bazarına çıxanda onu türk dilində istəyirlərsə, biz nəyə görə Azərbaycan dilində türk filmi istəməyək? Özümüzə qoyduğumuz hörmət söhbəti var. Dublyaj aktyoru kimi yox, bir tamaşaçı kimi deyirəm, əgər bu film mənim ölkəmə gəlibsə, həmin filmin dilini başa düşməyimə baxmayaraq, nəyə görə onu öz dilimdə izləməyim? Bizim dövlət dilimiz var. Əgər xarici bazardan gələn filmlər Azərbaycan kanallarında yayımlanacaqsa, öz dilimizdə yayımlanmalıdır da. Onda Azərbaycan kanalları nəyə lazımdır? Axı bu kanallar hər şeyi öz dilimizdə yayımlamaq üçün var.

- Maraqlıdır, teatr və kino aktyorluğu ixtisasını oxumağınıza baxmayaraq, sizi teatrda görmürük. Hansı ki, səsiniz belə kifayət edir ki, sizi tamaşalara dəvət etsinlər.

- Mən tələbə vaxtından həddindən artıq teatr eşqi ilə yaşayan bir insan olmuşam və arzu edirdim ki, nə vaxtsa öz teatrım olacaq, ən azından teatr studiyam olacaq. Amma bir müddət orada işləyəndən sonra gördüm ki, cavan vaxtı bizdə olan enerjidən, arzulardan kimlərsə öz məqsədlərinə görə istifadə edirlər. Bir növ hiss elədim ki, kolxoz kimi plan ödəməliyik. İndi danışacağım hadisə sizə gülməli gələ bilər. Təsəvvür edin, müsahibə verən adamın təşəkkürünü müxbir qeyd etməyib deyə böyük bir tamaşa ləğv olunub, afişalar sökülüb. Bu kimi hallar və teatrda olan münaqişələr məni oradan uzaqlaşdırdı. Bir dəfə teatra gedəndə elə bildim, kimsə rəhmətə gedib. Gördüm səhnədə aktyorlar əlləri ilə başlarını tutub oturublar, mən də 22 yaşındayam, gəlmişəm ki, məşq edəcəyik. Elə bildim yasa gəlmişəm. Soruşuram ki, nəsə olub? Deyirlər, xəbərin yoxdur, bəs fəxri adlar verilib, amma bizdən heç kim almayıb. Həmin gün həddindən artıq pis aura var idi, deyəsən, heç məşqimiz də alınmadı. Bu hadisələrin hamısı ardıcıl baş verdi və öz-özümə dedim ki, görəsən, mən də yaşlananda bu vəziyyətə düşə bilərəm? Axı nəyə görə mən əl açıb kimdənsə nəsə gözləməliyəm? Bu adamlar indiyə kimi buna görə, ad almağa görə işləyiblər. Allah mənə iki əl, iki ayaq verib, nəyə görə mən özümə gün ağlamayım, nəyə görə gözləyim ki, nə vaxtsa mənə ad, ev, təqaüd verəcəklər? Verməyəndə də o depressiyanı yaşayım. Deyim ki, həmin depressiyadan ürəyi tutub ölən aktyorlarımız da olub. Niyə görə mən həmin stressi yaşamalıyam? O an qərar verdim ki, bu mühitdən uzaqlaşmalıyam və gedib özümə yeni həyat qurmalıyam. İndiki dövrdə Azərbaycan reallığında bizə teatr lazım deyil. Bu, sadəcə süni vəziyyətdə ayaqda duran strukturdur. Bəli, əziyyət çəkən, o eşqlə yaşayan insanlar var. Məni bu dəqiqə yaxşı tamaşaya dəvət eləsələr, gedib oynayaram. Amma daimi orda qalmaram.

- Gələn iş təkliflərinin maddi tərəfi sizi daha çox maraqlandırır, yoxsa həmin işin yaradıcılığınza təsiri?

- Əgər zəif işdirsə, mənim karyerama heç bir müsbət təsiri olmayacaqsa, o təklifi qəbul etmirəm. Ekranlarda az görünməyimin səbəbi də budur. Bəli, bir müddət serial bumu yaşananda kifayət qədər seriala mən də çəkilmişəm. Ondan sonra bir stop qoydum, dedim, bəsdir. Amma nə vaxtsa, yaxşı bir iş olacaqsa, orada işləyəcəyəm. Stop qoymağımın səbəblərindən biri də serialın maddi tərəfinin məni qane etməməsidir. Əgər oradan aldığım qonorar bir ay ərzində məni dolandırmırsa və bir aylıq həyatımı mütəmadi olaraq mənim əlimdən alırsa, digər işlərimə mane olursa, mən orada qala bilmərəm. Üstəlik, mövzular da məni qane etmirdi. Artıq sevgini, qızın varlı oğlana ərə getməyini, qayınana-qayınata-gəlin davasını dəfələrlə oynamışıq. Bu mövzular məni o qədər boğaza yığmışdı ki, dedim, bu ölkədə bundan başqa mövzu yoxdur? Ondan sonra aktyorluq fəaliyyətimə bir müddətlik stop qoydum. Maddi baxımdan da vəziyyət yaxşı deyildi. Seriala çəkilmədən də yaşaya bilirəmsə, nəyə görə gedim ora? Ona görə seçimimi bu tərəfədən eləmişəm və çox uğurlu bir yoldur. Son dövrlərdə çəkilən və yadda qalan rolum "Əqrəb mövsümü" serialında Zabil obrazıdır. O cür yadda qalmaq mənim üçün daha yaxşıdır, nəinki gündəlik məişət mövzusunda olan bəsit seriallarla. Həmin mövzular adamı özündən də iyrəndirir.

- Rövşən bəy, son zamanlar bir çox rejissorlar, aktyorlar bildirirlər ki, İncəsənət Universitetini bitirib setə gələn tələbələr demək olar ki, çox şeyi setdə öyrənirlər. Universitet onlara kifayət qədər təhsil vermir. İncəsənət Universitetinin tələbəsi olaraq bu barədə nə deyə bilərsiniz?

- Sözün düzü, bəxtimdən mənə çox yaxşı müəllimlər dərs keçib. Səhnə danışığından Əzizağa Quliyev, aktyor sənətindən Fikrət Sultanov, Fərhad İsrafilov dərs keçib, Azər Paşa Nemətov kurs rəhbərimiz olub və Ötkəm İsgəndərov diplom işimdə müəllimim olub, həm də dekanımız idi. Saydığım bu insanlar özləri bir tarixdir. Mən elə bir tələbə tanımıram ki, gəlib bu müəllimlər haqqında mənfi rəy bildirsin. Biz tələbə olanda teatrlara təcrübəyə gedirdik, hətta orda işləmək imkanımız da var idi. Mən universitetə idman çantasıyla gedirdim, çünki hər gün səhnəyə çıxırdıq, geyimlərimizi dəyişməli olurduq. Çox gözəl, maraqlı, yaradıcı dövr olub. Müəllimlərimiz bizim üçün hər cür şəraiti yaradırdılar. Amma müasir dövrlə bağlı deyə bilərəm ki, eşitdiyimə görə tələbələr üçün əvvəlki şərait yaradılmır. Hətta tələbələrə çəkilişə getməyə belə imkan vermirlər. Bunu eşitmişəm. Yaxşı müəllim, sənə təcrübə verən müəllim varsa, təhsil vacibdir. Mənim dövrümdə bu tip müəllimlərin sayı az idi. Operatorluğu oxuyan tələbə var idi ki, kamera üzü görmürdü. Kameranı arendaya götürməli idik, amma universitetə getmək üçün yol pulunu güclə tapırdıq. İndiki dövrdə də tələbələrin texniki tərəfdən təminatı yüksək səviyyədə deyil. Dublyaj sahəsində belə problemlər az deyil. Universitet səs rejissoru yetişdirmir, bu dəqiqə kinoda, efirdə, dublyajda səs rejissoru var, amma belə bir ixtisas, fakültə yoxdur. Bu peşəni tələbələr kinostudiyalara kimlərinsə yanına gedib öyrənirlər, ya da internetdən öyrənilər. Eşitdiyimə görə, universitetdə dublyaj dərsləri yarım semestr tədris olunur. Amma o dərsləri keçən müəllim özü dublyajla məşğuldurmu? Nə qədər film və serial təcrübəsi var? Bu, problemdir. Bizim vaxtımızda bir fakültə var idi, orda ancaq qadınlar idi. Onların heç birinin nə teatr, nə də televiziya təcrübələri var idi. Sadəcə oxuyublar və gəlib dərs keçirlər. Onlar nə qədər yaxşı tələbə yetişdirə bilərlər? İndi yaxşı və pis tərəflərini dərinliyinə qədər bilmirəm, amma onu bilirəm ki, axsayan tərəflərimiz çoxdur.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri