Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün 14-cü dəfə ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatı təqdim olundu.
“Football-plus.az” xəbər verir ki, “Fairmont Baku” hotelində baş tutan tədbrirdə təxminən 20-25 nəfər jurnalist və idman ictimaiyyətinin nümayəndələri iştitak edirdi.
Tədbirin aparıcısı Sənan Şəfizadə öncə səsvermə barədə qısa məlumat verdi.Daha sonra Qurban Qurbanov və “Qarabağ”a həsr olunmuş qısa videoçarx təqdim olundu.
Ardından həmkarımız Amal Abışov Qurbanov haqda öz fikirlərini bölüşdü.
Nəhayət, “Komanda.az”ın baş redaktoru Rəşad Ergün mütəxəssisi tribunaya dəvət edərək mükafatını təqdim etdi.
İlin ən yaxşı məşqçisi seçilən Qurban Qurbanov cari il baş verənlərdən, xüsusilə avrokubok oyunlarından danışdı:“Mənə inanıb güvəndiyiniz üçün hər birinizə təşəkkür edirəm.
Hər uğurdan sonra məsuliyyətim daha da artır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm.