Icma.az
close
up
RU
Fikirləşməyin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq Qurban Qurbanov ili dəyərləndirdi

Fikirləşməyin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq Qurban Qurbanov ili dəyərləndirdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün 14-cü dəfə ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatı təqdim olundu.

“Football-plus.az” xəbər verir ki, “Fairmont Baku” hotelində baş tutan tədbrirdə təxminən 20-25 nəfər jurnalist və idman ictimaiyyətinin nümayəndələri iştitak edirdi. Tədbirin aparıcısı Sənan Şəfizadə öncə səsvermə barədə qısa məlumat verdi.
Daha sonra Qurban Qurbanov və “Qarabağ”a həsr olunmuş qısa videoçarx təqdim olundu. Ardından həmkarımız Amal Abışov Qurbanov haqda öz fikirlərini bölüşdü.
Nəhayət, “Komanda.az”ın baş redaktoru Rəşad Ergün mütəxəssisi tribunaya dəvət edərək mükafatını təqdim etdi. İlin ən yaxşı məşqçisi seçilən Qurban Qurbanov cari il baş verənlərdən, xüsusilə avrokubok oyunlarından danışdı:

“Mənə inanıb güvəndiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hər uğurdan sonra məsuliyyətim daha da artır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm. Əfsuslar olsun ki, bəzən bizim düşündüyümüz kimi alınmır. Planlaşdırmadığımız epizodlarla üzləşirik. Vacib oyunlarda qırmızı vərəqələr, əsas oyunçuların zədəli olması bizim istəyimizin qarsısını kəsə bilir. Bilirsiz ki, mənim üçün məşq prosesi çox vacibdi. "Qarabağ"a sevginin azalmasını istəmirəm. Azarkeşlər bəzən bizdən daha çox şey gözləyirlər. Amma bəzən bəzi nüanslar buna mane olur. Fikirləşməyin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq. Hər şeyi gözəl başa düşürük. Mən və klub üçün çətindi. Avropada "Qarabağ"a çox ciddi yanaşırlar. Bizim işimizlə çox maraqlanırlar ki, necə olub klub bu səviyyəyə çatıb. Əvvəl böyük klubların rəhbərliyi bir gün öncə vacib olduğu üçün bizimlə görüşürdülər, bu gün bizimlə hesablaşırlar. Klubun rəhbərliyini, işçilərimizi çox ciddi qarşılayırlar. Bakıda və ya səfərdə. Bütün rəqiblər çox ciddi hazırlaşırlar. Böyük klublara qarşı oynayırıq. Bəlkə məğlubiyyətlər bizə təcrübə verir. İş saatımızı daha da artırmaq lazım olduğunu bilirik. Futbolçulara deyirəm ki, sadə oynamalı, epizodlara daha ciddi yanaşmalıyıq. Məğlubiyyətlər bunu göstərdi. Bu il oyunlarımızı analiz edirik. Builki qədər qol epizodu yaratdığımız mövsümümüz olmayıb.
Avropadakı oyun dəqiqəsindən də bəhs edim. Son matçda oyun dəqiqəmiz 58-59 dəqiqə oldu. Amma ona qədər "Sabah"la oynadıq, 45 dəqiqə idi. 11-12 dəqiqə meydanda artıq oynadıq. Fərq çox böyükdü. Bəzən deyirik ki, oyunçu epizoddan istifadə edə bilmədi. Liqamızda oyunçu rahat olur. Avropada isə buna imkan vermirlər. Futbol çox inkişaf edib. O qədər xırda detallar var, analiz edirik. Geridəyik. Amma buna baxmayaraq, sizləri sevindirməyə çalışırıq. Azərbaycan futbolunu klub səviyyəsində ən azından bu səviyyədə saxlamağa çalışırıq. İşləyirik. Tək özümüzü yox, sizləri - azarkeşləri, xalqımızı düşünürük. Bu ilin sonuna yaxın nəticələrimiz zəif görünə bilər. Amma ili götürsək, 1/8 finala qədər yüksəldik. "Braqa"ya qarşı möhtəşəm oynadıq. Azarkeşlərimiz də Avropa futbolunun təcrübəsini yaşadılar. İnanın ki, bunu sevə-sevə edirəm. Sənətimi sevirəm. Çalışırıq ki, inamınızı qoruyub-saxlayaq. Digər məşqçilərə təşəkkür edirəm. "Zirə"ni deyə bilərəm, çox gözəl təcrübə yaşadılar. Rəşad və digər məşqçilər. Digər klublarımızda oyun sayı daha çox oldu. Bu il avrokuboklarda oyun sayı artıb, yaxşıdı. Gələcəyə həmişə pozitiv baxıram. Daha yaxşı nəticələr əldə etməyə çalışacağıq ki, uğurlarımız daha çox olsun. Hamıya yeni ildə uğurlar və cansağlığı arzulayıram”.


Daha sonra Sənan Şəgizadə və “Qarabağ”ın sabiq əməkdaşı Nurlan İbrahimov iştirakçılara intellektual suallar ünvanladı, qaliblərə hədiyyələr təqdim olundu.
Yekunda Qurban Qurbanov xüsusi hazırlanmış tortu kəsdi və qonaqlar çay süfrəsinə dəvət olundu.
RÖYANƏ OĞUZ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri