Fiko Zelenskinin təzminat təklifini rədd edib | Icma.az
Icma.az bildirir, Ayna saytına əsaslanaraq. “Nədənsə o, Moskvanı daha sərfəli hesab edir” Ukrayna Slovakiyaya Rusiya qazının tranzitinin ləğ
Lakin Slovakiyanın Baş naziri Robert Fiko Kiyevin variantlarını rədd edib.
AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Biz ona Avropa Komissiyasının tələbi ilə slovaklara Rusiya qazı ilə bağlı dəymiş itkilərə görə mümkün kompensasiya və tranzit üçün alternativlər təklif etdik.
Biz bunu etməyə hazır idik. Fiko təzminat istəmədi və Avropa Komissiyası ilə əməkdaşlıqdan imtina etdi.
Nədənsə o, Moskvanı daha sərfəli hesab edir”, - deyə Zelenski sosial şəbəkədə yazıb.
Ukrayna lideri Fikonu Rusiya Prezidenti Vladimir Putinlə gizli sövdələşmələrdə və şəxsi maraqlar naminə “pul uğrunda döyüşməkdə” ittiham edib: "Bu, ya dövlət maraqları üçün ticarətdir, ya da öz cibinə işləməkdir".
Ukrayna Prezidentinin bəyanatı həm Fikonun Moskvaya səfərinə, həm də siyasətçinin Kiyevin Ukraynanın NATO-ya üzvlüyünün təsdiqlənməsi müqabilində Rusiyanın dondurulmuş aktivlərindən Bratislavaya 500 milyon avro təklif etməsi barədə sözlərinə reaksiya olub.
Tam oxu
Xəbəri oxu