Icma.az
close
up
RU
Fiko Zelenskinin təzminat təklifini rədd edib

Fiko Zelenskinin təzminat təklifini rədd edib

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

“Nədənsə o, Moskvanı daha sərfəli hesab edir”

Ukrayna Slovakiyaya Rusiya qazının tranzitinin ləğvi ilə bağlı itkilərə görə kompensasiya, həmçinin Avropa İttifaqından (Aİ) alternativ tədarüklərin tapılmasında kömək təklif edib. Lakin Slovakiyanın Baş naziri Robert Fiko Kiyevin variantlarını rədd edib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Biz ona Avropa Komissiyasının tələbi ilə slovaklara Rusiya qazı ilə bağlı dəymiş itkilərə görə mümkün kompensasiya və tranzit üçün alternativlər təklif etdik. Biz bunu etməyə hazır idik. Fiko təzminat istəmədi və Avropa Komissiyası ilə əməkdaşlıqdan imtina etdi. Nədənsə o, Moskvanı daha sərfəli hesab edir”, - deyə Zelenski sosial şəbəkədə yazıb.

Ukrayna lideri Fikonu Rusiya Prezidenti Vladimir Putinlə gizli sövdələşmələrdə və şəxsi maraqlar naminə “pul uğrunda döyüşməkdə” ittiham edib: "Bu, ya dövlət maraqları üçün ticarətdir, ya da öz cibinə işləməkdir".

Ukrayna Prezidentinin bəyanatı həm Fikonun Moskvaya səfərinə, həm də siyasətçinin Kiyevin Ukraynanın NATO-ya üzvlüyünün təsdiqlənməsi müqabilində Rusiyanın dondurulmuş aktivlərindən Bratislavaya 500 milyon avro təklif etməsi barədə sözlərinə reaksiya olub. Fiko vurğulayıb ki, o, Ukraynanın hərbi Alyansa qoşulmasına “heç vaxt” razı olmayacaq.

Dekabrın 22-də Fiko Rusiyaya səfər edib və Kremldə Putinlə görüşüb. Danışıqlar təkbətək formatda baş tutub. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Fiko Moskvaya səfər edən üçüncü Avropa ölkəsi lideri olub. Ondan əvvəl Macarıstan və Avstriyanın Baş nazirləri Putinlə danışıqlara gediblər. Tərəflərin bildirdiyinə görə, Fiko və Putin Rusiya qazının və neftinin Avropaya tranzitini, həmçinin Ukraynadakı müharibəni müzakirə ediblər.

Bunun fonunda Zelenski bəyan edib ki, Fiko enerji müstəqilliyi üzrə Avropanın birgə işində iştirak etmək və Rusiya qazının əvəzini axtarmaq istəmir: "Əksinə, o Rusiyaya Amerika qazını və digər tərəfdaşlarının enerji resurslarını Avropadan çıxarmağa kömək etmək istəyir. Bununla da Putinə müharibəni maliyyələşdirmək və Avropanı zəiflətmək üçün pul qazanmağa kömək etmək istəyir".

Ukrayna və Rusiya arasında qaz tranziti üzrə müqavilə 2025-ci il yanvarın 1-də başa çatır. Kiyev dəfələrlə bəyan edib ki, sazişin müddətini uzatmağı planlaşdırmır. Eyni zamanda, Ukrayna hakimiyyəti qeyd edib ki, yanacaq Rusiyadan deyilsə, onlar qazı öz qaz nəqletmə sistemi ilə nəql etməyə hazırdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri