Filarmoniya bağı niyə bu hala düşüb? FOTO

29.10.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Filarmoniya bağında su israfına diqqət çəkmək üçün sosial aksiya təşkil olunub.

Milli.Az bildirir ki, hovuzun ətrafı parça qalıqları ilə doludur. Kənardan baxımsız görünsə də, əslində məqsəd parçaların hazırlanması üçün sərf olunmuş tonlarla suya diqqət çəkmək üçün belə edilib.

Posterdə qeyd olunub ki, yerdə olanlar Bakıda fəaliyyət göstərən atelyelerdən atılan parçalardır və onların hazırlanması üçün ton yarıma yaxın su sərf olunur.

Bu addımın əsas məqsədi geyim sənayesində su israfının miqyasına diqqət çəkməkdir. Təkcə bir parça məmulatının istehsalı üçün tonlarla su sərf olunur və bu, qlobal ekoloji problemlərdən biri hesab edilir. Aksiyanın təşkilatçıları bu addımla insanları geyim alarkən daha düşüncəli olmağa, israfı azaltmağa və təbiətin qorunmasına töhfə verməyə çağırıblar.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью