Filarmoniya bağı niyə bu hala düşüb? FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Filarmoniya bağında su israfına diqqət çəkmək üçün sosial aksiya təşkil olunub.
Milli.Az bildirir ki, hovuzun ətrafı parça qalıqları ilə doludur. Kənardan baxımsız görünsə də, əslində məqsəd parçaların hazırlanması üçün sərf olunmuş tonlarla suya diqqət çəkmək üçün belə edilib.
Posterdə qeyd olunub ki, yerdə olanlar Bakıda fəaliyyət göstərən atelyelerdən atılan parçalardır və onların hazırlanması üçün ton yarıma yaxın su sərf olunur.
Bu addımın əsas məqsədi geyim sənayesində su israfının miqyasına diqqət çəkməkdir. Təkcə bir parça məmulatının istehsalı üçün tonlarla su sərf olunur və bu, qlobal ekoloji problemlərdən biri hesab edilir. Aksiyanın təşkilatçıları bu addımla insanları geyim alarkən daha düşüncəli olmağa, israfı azaltmağa və təbiətin qorunmasına töhfə verməyə çağırıblar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 29 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















