Filmlərimiz Çində keçirilən beynəlxalq sərgidə

25.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizin kino sənayesi Çinin Quançjou şəhə­rində keçirilən beynəlxalq Film Expo sərgisində ilk dəfə təmsil olunub. Çin Film Prodüserləri As­sosiasiyasının dəvəti ilə sərgidə Azərbaycan Res­publikasının Kino Agentliyi (ARKA) və Azərbay­can Film Komissiyasının milli stendilə çıxış edib.

Sərgi çərçivəsində keçirilən təqdimatda Azər­baycanın kino istehsalı imkanları, çəkiliş məkanla­rı, infrastrukturu və xarici film istehsalçıları üçün nəzərdə tutulan 40 faizədək “Cash Rebate” dövlət dəstəyi mexanizmi beynəlxalq kino sənayesinin nü­mayəndələrinə təqdim edilib. Təqdimatda, həmçinin Azərbaycanda çəkilmiş Yaponiyanın “VIVANT” se­rialı və Ceki Çanın iştirakı ilə ərsəyə gələn “Tanrının zirehi 4: Ultimatum” filmi nümunə göstərilib.

Sərgi çərçivəsində Çin kino sənayesinin nümayəndələri ilə birgə film istehsalı, bey­nəlxalq distribusiya, xarici prodüserlərin Azərbaycana cəlb edilməsi və kino sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçirilib.

Azərbaycanın Film Expo-da iştirakı milli kinomuzun Asiya bazarında tanıdılması və ölkə­mizin beynəlxalq kino istehsalı məkanı kimi təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью