Filmlərimiz Çində keçirilən beynəlxalq sərgidə
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkəmizin kino sənayesi Çinin Quançjou şəhərində keçirilən beynəlxalq Film Expo sərgisində ilk dəfə təmsil olunub. Çin Film Prodüserləri Assosiasiyasının dəvəti ilə sərgidə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Azərbaycan Film Komissiyasının milli stendilə çıxış edib.
Sərgi çərçivəsində keçirilən təqdimatda Azərbaycanın kino istehsalı imkanları, çəkiliş məkanları, infrastrukturu və xarici film istehsalçıları üçün nəzərdə tutulan 40 faizədək “Cash Rebate” dövlət dəstəyi mexanizmi beynəlxalq kino sənayesinin nümayəndələrinə təqdim edilib. Təqdimatda, həmçinin Azərbaycanda çəkilmiş Yaponiyanın “VIVANT” serialı və Ceki Çanın iştirakı ilə ərsəyə gələn “Tanrının zirehi 4: Ultimatum” filmi nümunə göstərilib.
Sərgi çərçivəsində Çin kino sənayesinin nümayəndələri ilə birgə film istehsalı, beynəlxalq distribusiya, xarici prodüserlərin Azərbaycana cəlb edilməsi və kino sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçirilib.
Azərbaycanın Film Expo-da iştirakı milli kinomuzun Asiya bazarında tanıdılması və ölkəmizin beynəlxalq kino istehsalı məkanı kimi təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Noyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















