FİNAL: “Sabah”ın çempionluq, “Neftçi”nin tarazlıq arzusu

14.05.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.

İdman.biz xəbər verir ki, bu gün “Neftçi” və “Sabah” arasında 6-cı oyun baş tutacaq.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma çempionun adına aydınlıq gətirə bilər. “Sabah” seriyada 4-cü qələbəsini qazansa, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxacaq. “Neftçi” isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusundadır.

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.

Azərbaycan Basketbol Liqası
Final, 6-cı oyun
14 may

19:00. “Neftçi” – “Sabah”
Seriyada hesab – 2:3
Bakı İdman Sarayı

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью