FİNAL: “Sabah”ın çempionluq, “Neftçi”nin tarazlıq arzusu
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.
İdman.biz xəbər verir ki, bu gün “Neftçi” və “Sabah” arasında 6-cı oyun baş tutacaq.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma çempionun adına aydınlıq gətirə bilər. “Sabah” seriyada 4-cü qələbəsini qazansa, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxacaq. “Neftçi” isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusundadır.
Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.
Azərbaycan Basketbol Liqası
Final, 6-cı oyun
14 may
19:00. “Neftçi” – “Sabah”
Seriyada hesab – 2:3
Bakı İdman Sarayı
İdman.biz

Qarabağ ın çempionluq, Neftçi nin uğursuzluğa son qoymaq arzusu YENİLƏNİR
19 Aprel 2025 18:05
“Neftçi”nin oyunçusundan çempionluq istəyi: “Mümkündür”
10 May 2025 12:16
“Neftçi”nin ev, “Sabah”ın səfər sınağı
29 Mart 2025 09:37
Neftçi nin çempionluq qolunu vuran hücumçu Yaponiya klubunda
20 Yanvar 2025 21:50
FİNAL: “Neftçi” “Sabah”la üz üzə
08 May 2025 09:30

