Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Fiorentina”nın 2025/26 mövsümünə uğursuz startı davam edir.
Fanat.Az xəbər verir ki, A Seriyasında indiyədək keçirdikləri 13 oyunda 6 heç-heçə və 7 məğlubiyyət alan komanda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
Komandanın son vəziyyəti fonunda hücumçu Edin Ceko "Atalanta"ya məğlubiyyətdən sonra azarkeşlərə mövcud durumla bağlı fikirlərini bölüşüb. Bosniyalı forvard həftə içi alınan yenilgidən sonra belə danışıb:
“Bərbad olduğumuzu söyləyə bilərsiniz, amma komandanın azarkeşlərin dəstəyinə ehtiyacı var. Hər səhv pasa fit çalmaq düzgün deyil.”
Ceko həm komandanın psixoloji vəziyyətinə, həm də meydandakı atmosferə təsir edən faktorları vurğulayaraq, azarkeşləri dəstəyi artırmağa səsləyib.
Kamil Xudiyev