Fiorentina da kabus kimi mövsüm Edin Ceko azarkeşlərə çağırış etdi
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Fiorentina”nın 2025/26 mövsümünə uğursuz startı davam edir.
Fanat.Az xəbər verir ki, A Seriyasında indiyədək keçirdikləri 13 oyunda 6 heç-heçə və 7 məğlubiyyət alan komanda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
Komandanın son vəziyyəti fonunda hücumçu Edin Ceko "Atalanta"ya məğlubiyyətdən sonra azarkeşlərə mövcud durumla bağlı fikirlərini bölüşüb. Bosniyalı forvard həftə içi alınan yenilgidən sonra belə danışıb:
“Bərbad olduğumuzu söyləyə bilərsiniz, amma komandanın azarkeşlərin dəstəyinə ehtiyacı var. Hər səhv pasa fit çalmaq düzgün deyil.”
Ceko həm komandanın psixoloji vəziyyətinə, həm də meydandakı atmosferə təsir edən faktorları vurğulayaraq, azarkeşləri dəstəyi artırmağa səsləyib.
Kamil Xudiyev
Baxış sayı:49
Bu xəbər 01 Dekabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















