Icma.az bildirir, Tribuna saytına əsaslanaraq. “Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2025-ci ilin 1-ci rübünü 1 milyon 740 min manat xalis mən
Tribunainfo.az FED.az xəbər verir ki, bank ötən ilin eyni dövrünü 835 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, ASB-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 905 min manat və ya 2,1 dəfə artıb.
Hesabat dövründə bankın faiz gəlirləri 9 milyon 239 min manat olub ki, bundan, kreditlər üzrə faiz gəlirləri 4 milyon 858 min manat, banklardakı depozitlər üzrə faiz gəlirləri isə 4 milyon 293 min manat təşkil edib.
Ümumi faiz gəlirləri son bir illə müqayisədə 627 min manat (7%), kreditlər hesabına əldə edilən faiz gəlirləri, 935 min manat (24%) artıb, depozitlər üzrə faiz gəlirləri isə 276 min manat (6%) azalıb.
Bu dövrdə faiz xərcləri 4 milyon 654 min manat olub ki, bu da illik müqayisədə 7 min manat və ya 0,1% çoxdur.
Ən yüksək xərc isə depozitlər üzrə faiz xərcləri olub – 2 milyon 964 min manat (189 min manat və ya 7% artım) Beləliklə “Azərbaycan Sənaye Bankı”ın xalis faiz gəlirləri 4 milyon 584 min manat təşkil edib ki, bu da son bir ildə 620 min manat və ya 16% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 3 milyon 820 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 427 min manat (13%) artıb.