Icma.az
close
up
RU
Fiziki şəxslər “Azərbaycan Sənaye Bankı”ndan 5 milyon manatdan çox PULU GERİ GÖTÜRÜB

Fiziki şəxslər “Azərbaycan Sənaye Bankı”ndan 5 milyon manatdan çox PULU GERİ GÖTÜRÜB

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2025-ci ilin 1-ci rübünü 1 milyon 740 min manat xalis mənfəət ilə başa vurub.

Tribunainfo.az FED.az xəbər verir ki, bank ötən ilin eyni dövrünü 835 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, ASB-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 905 min manat və ya 2,1 dəfə artıb.

Hesabat dövründə bankın faiz gəlirləri 9 milyon 239 min manat olub ki, bundan, kreditlər üzrə faiz gəlirləri 4 milyon 858 min manat, banklardakı depozitlər üzrə faiz gəlirləri isə 4 milyon 293 min manat təşkil edib. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 627 min manat (7%), kreditlər hesabına əldə edilən faiz gəlirləri, 935 min manat (24%) artıb, depozitlər üzrə faiz gəlirləri isə 276 min manat (6%) azalıb.

Bu dövrdə faiz xərcləri 4 milyon 654 min manat olub ki, bu da illik müqayisədə 7 min manat və ya 0,1% çoxdur.

Ən yüksək xərc isə depozitlər üzrə faiz xərcləri olub – 2 milyon 964 min manat (189  min manat və ya 7% artım)

Beləliklə “Azərbaycan Sənaye Bankı”ın xalis faiz gəlirləri 4 milyon 584 min manat təşkil edib ki, bu da son bir ildə 620 min manat və ya 16% çoxdur.

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 3 milyon 820 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 427 min manat (13%) artıb.

Bu dövrdə qeyri faiz xərcləri 115 min manat (2%) azalaraq 6 milyon 133 min manata, əmək haqqı xərcləri 260 min manat (13%) artaraq 2 milyon 227 min manata bərabər olub.

ASB-nin əməliyyat mənfəəti 2 dəfədən çox artıb (1 milyon 161 min manat) və 2 milyon 271 min manata çatıb.

Bank 421 min manat mənfəət vergisi ödənişindən sonra ilk rübü 1 milyon 740 min manat xalis mənfəətlə başa vurub.

Bu ilin iyul ayının 1-nə ASB-nin aktivləri 795 milyon 899 min manat olub ki, bunun 305 milyon 812 min manatı müştərilərə verilən kreditlərdir.

Bankın aktivlərində 56 milyon 863 min manat (8%), kredit portfelində 54 milyon 510 min manat (22%) artım baş verib.

Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 49  milyon 338 min manat və ya 8% artaraq 673 milyon 169 min manat olub, depozit portfeli 34 milyon 498 min manat və ya 8% artaraq 483 milyon 307 min manat təşkil edib.

Depozit portfelində fiziki şəxslərin əmanətləri son 3 ay ərzində 5 milyon 134 min manat və ya 2% azalaraq 300 milyon 898 min manata düşüb. Hüquqi şəxslərin depozitləri isə 39  milyon 632 min manat və ya 28% artaraq 182 milyon manata bərabər olub.

Balans kapitalı isə 56 milyon 863 min manat (8%) böyüyərək 795 milyon 898 min manat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Aprel 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri