Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hər bir insanın yaşını müəyyənləşdirərkən, ilk növbədə, onun təqvim yaşına, yəni doğum tarixinə əsaslanırıq.
Lakin müasir elmi yanaşmalar göstərir ki, yaş anlayışı təkcə xronoloji çərçivə ilə məhdudlaşmır.
İnsan yaşını tam olaraq qiymətləndirmək üçün fizioloji və psixoloji yaş anlayışlarına da diqqət yetirilməlidir.
Bəs bu yaş növləri arasındakı fərqlər nədir və onların uyğunluğu insan həyatına necə təsir edir?
Modern.az bu mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, psixiatr, psixoloq Ramil Hüseynlinin fikirlərini öyrənib.
Psixoloqun sözlərinə görə, insan yaşını yalnız təqvimlə ölçmək kifayət deyil, çünki fizioloji və psixoloji amillər də insanın həyat keyfiyyətini və sağlamlığını əhəmiyyətli dərəcədə müəyyən edir: "İnsanlarla bağlı qiymətləndirmə edərkən tez-tez “yaş” anlayışından istifadə olunur.
Yaş ifadəsini bir qədər araşdırsaq, bir neçə cür yaş anlayışı var: xronoloji yaş, fizioloji yaş və psixoloji yaş.