Icma.az
close
up
RU
Fiziki yaş sənin əsl yaşın deyil Gerçəklik başqaymış

Fiziki yaş sənin əsl yaşın deyil Gerçəklik başqaymış

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər bir insanın yaşını müəyyənləşdirərkən, ilk növbədə, onun təqvim yaşına, yəni doğum tarixinə əsaslanırıq. Lakin müasir elmi yanaşmalar göstərir ki, yaş anlayışı təkcə xronoloji çərçivə ilə məhdudlaşmır. İnsan yaşını tam olaraq qiymətləndirmək üçün fizioloji və psixoloji yaş anlayışlarına da diqqət yetirilməlidir. Bəs bu yaş növləri arasındakı fərqlər nədir və onların uyğunluğu insan həyatına necə təsir edir?

Modern.az bu mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, psixiatr, psixoloq Ramil Hüseynlinin fikirlərini öyrənib.

Psixoloqun sözlərinə görə, insan yaşını yalnız təqvimlə ölçmək kifayət deyil, çünki fizioloji və psixoloji amillər də insanın həyat keyfiyyətini və sağlamlığını əhəmiyyətli dərəcədə müəyyən edir:

"İnsanlarla bağlı qiymətləndirmə edərkən tez-tez “yaş” anlayışından istifadə olunur. Yaş ifadəsini bir qədər araşdırsaq, bir neçə cür yaş anlayışı var: xronoloji yaş, fizioloji yaş və psixoloji yaş.

Xronoloji yaş bizim bildiyimiz elə təqvim yaşıdır. Rəsmi sənədlərdə, rəsmi turnirlərdə əsas alınan yaş budur. Əslində digər yaşlarla müqayisə olunan yaş da budur. Yəni, gündəlik həyatımızda istifadə olunan “dah gənc görünürsünüz” ifadəsində müqayisə obyekti elə xronoloji yaşdır.

Fizioloji yaş insanın bioloji göstəricilərinə əsaslanan yaşdır. Elə buna görə həmin yaşa bioloji yaş da deyilir. Bununla bağlı biokimyəvi səviyyədən genetik səviyyəyə qədər çox sayda parametr və göstərici var. Ümumi mənada desək, bioloji yaş orqanizmin hüceyrə və toxumalarının fəaliyyətinə uyğun dönəmlə əlaqəlidir. Məsələn, hüceyrələrin metabolik intensivliyi, regenerasiya qabiliyyəti, xromosom uclarındakı telomer hissəsinin uzunluğu, bu hissəni bərpa edən telomeraza adlı fermentin aktivliyi və s. kimi amillərlə təyin olunur.

Psixoloji yaş isə insanın özünü hansı yaşda hiss etməsidir. Yəni özünü hansı yaşa uyğun hiss etməsi, hansı yaşa uyğun davranması nəzərdə tutulur. Göründüyü kimi, psixoloji yaş subyektiv olub özünü qavrama şəkli ilə sıx əlaqədədir. Bioloji yaşda olduğu kimi insanın psixoloji yaşına da bir çox amillər təsir edir. Məsələn, insanın emosional vəziyyəti. Xarakter olaraq optimist olan insanlar, özünü daha enerjili hiss edən insanlar daha gənc psixoloji yaşa malik olurlar. Eyni zamanda insanın yeniliklərə açıqlığı da psixoloji yaşa təsir edən amillərdəndir. Yeni biliklərə açıqlıq, yenilikləri mənimsəmək qabiliyyəti, zehni çeviklik daha gənc psixoloji yaşın xüsusiyyətləridir. Psixoloji yaşı təyin edən göstəricilərdən biri də sosial fəaliyyətlərə meyillilikdir".

Psixoloq bildirib ki, psixoloji yaş ilə fizioloji yaş arasındakı əlaqəni birbaşa araşdıran çox az sayda tədqiqat olsa da, ümumi faktorların hər iki yaş növünə təsirini göstərən elmi araşdırmalar mövcuddur. Sağlam qidalanma, fiziki aktivlik, stressin idarə edilməsi bu faktorlar arasında mühüm yer tutur.

Stressin təsirindən danışan mütəxəssis qeyd edib ki, stressdən qaçmaq mümkün deyil və bu, həyatın reallığıdır. İnsan stressi idarə etməyi öyrənməli, həyatın gözlənilməz çətinliklərinə pozitiv yanaşmalıdır. Psixoloq vurğulayıb ki, stresslə düzgün mübarizə aparan insanlar həm bioloji ritmlərini qoruyur, həm də özlərini gənc hiss edirlər.

Ramil Hüseynlinin sözlərinə görə, sağlam və balanslı həyat tərzi insanın həm psixoloji, həm də fizioloji yaşını uyğunlaşdırmaqda mühüm rol oynayır. Bu yanaşma insanın ümumi həyat keyfiyyətinə əhəmiyyətli təsir göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:359
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri