Flikdən məğlubiyyət şərhi

21.10.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Flikdən məğlubiyyət şərhi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda PSJ-yə 2:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

QOL.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə “AS” nəşrinə açıqlamasında danışıb.

Flik Paris təmsilçisinin qələbəyə layiq olduğunu bildirib. O, komandasının xüsusilə matçın son dəqiqələrində fiziki baxımdan əvvəlki gücünü itirdiyini qeyd edib.

“Hər iki komanda üçün fantastik oyun idi. PSJ bizdən daha yaxşı olduğunu sübut etdi.

Hansı nəticəyə gələ bilərəm? Onlar hücumdan müdafiəyə və müdafiədən hücuma çox keyfiyyətli keçidlər edirlər. Bundan əlavə, son 10 dəqiqədə fiziki baxımdan əvvəlki gücümz yox idi. Bu, bəhanə deyil. Oyuna hazırlığımız da ən yaxşı səviyyədə deyildi. Baş verənləri təhlil etməli və oyunumuzu yaxşılaşdırmalıyıq”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, bu məğlubiyyət “Barselona” üçün cari mövsümdə ilk olub. Kataloniya təmsilçisi İspaniya çempionatında keçirdiyi 9 oyunun hamısında qələbə qazanıb, Çempionlar Liqasında isə PSJ ilə qarşılaşmadan əvvəl iki matçda qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью