Flikdən məğlubiyyət şərhi
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda PSJ-yə 2:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə “AS” nəşrinə açıqlamasında danışıb.
Flik Paris təmsilçisinin qələbəyə layiq olduğunu bildirib. O, komandasının xüsusilə matçın son dəqiqələrində fiziki baxımdan əvvəlki gücünü itirdiyini qeyd edib.
“Hər iki komanda üçün fantastik oyun idi. PSJ bizdən daha yaxşı olduğunu sübut etdi.
Hansı nəticəyə gələ bilərəm? Onlar hücumdan müdafiəyə və müdafiədən hücuma çox keyfiyyətli keçidlər edirlər. Bundan əlavə, son 10 dəqiqədə fiziki baxımdan əvvəlki gücümz yox idi. Bu, bəhanə deyil. Oyuna hazırlığımız da ən yaxşı səviyyədə deyildi. Baş verənləri təhlil etməli və oyunumuzu yaxşılaşdırmalıyıq”, - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, bu məğlubiyyət “Barselona” üçün cari mövsümdə ilk olub. Kataloniya təmsilçisi İspaniya çempionatında keçirdiyi 9 oyunun hamısında qələbə qazanıb, Çempionlar Liqasında isə PSJ ilə qarşılaşmadan əvvəl iki matçda qalib gəlib.
Baxış sayı:26
Bu xəbər 21 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















