Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir neçə gün əvvəl Portuqaliyada yaşayan və “BirelArt Portugal” komandasını təmsil edən 16 yaşlı istedadlı azərbaycanlı pilot Davin Cəfərov İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında əla nəticə əldə edib.
Davin Cəfərov yarışda 600-dən çox pilotun iştirakına baxmayaraq, səkkizinci yeri tutub.
O, yarışların birində qəza keçirsə də, mübarizəni sona qədər davam etdirib.
Qələbədən dərhal sonra Milanı təmsil edən komandadan təklif alıb, lakin Portuqaliyada qalmağa üstünlük verib.
İdman.Biz-ə verdiyi eksklüziv müsahibədə Davin Cəfərov dünya çempionatındakı çıxışından, “Formula-1” düşmək perspektivlərindən və Azərbaycan Qran-prisində iştirak etmək arzusundan danışıb.
- Kartinq üzrə dünya çempionatında səkkizinci oldun. Yarışla bağlı təəssüratların necədir?
- İlk növbədə qeyd edim ki, dünya çempionatı zamanı hava şəraiti demək olar, hər saat dəyişirdi.