Icma.az
close
up
RU
“Formula 1” pilotu kimi Azərbaycan Qran prisində iştirak etmək üçün şansım var” Davin Cəfərovun ə EKSKLÜZİV MÜSAHİBƏSİ

“Formula 1” pilotu kimi Azərbaycan Qran prisində iştirak etmək üçün şansım var” Davin Cəfərovun ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gün əvvəl Portuqaliyada yaşayan və “BirelArt Portugal” komandasını təmsil edən 16 yaşlı istedadlı azərbaycanlı pilot Davin Cəfərov İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında əla nəticə əldə edib.

Davin Cəfərov yarışda 600-dən çox pilotun iştirakına baxmayaraq, səkkizinci yeri tutub. O, yarışların birində qəza keçirsə də, mübarizəni sona qədər davam etdirib. Qələbədən dərhal sonra Milanı təmsil edən komandadan təklif alıb, lakin Portuqaliyada qalmağa üstünlük verib.

İdman.Biz-ə verdiyi eksklüziv müsahibədə Davin Cəfərov dünya çempionatındakı çıxışından, “Formula-1” düşmək perspektivlərindən və Azərbaycan Qran-prisində iştirak etmək arzusundan danışıb.

- Kartinq üzrə dünya çempionatında səkkizinci oldun. Yarışla bağlı təəssüratların necədir?

- İlk növbədə qeyd edim ki, dünya çempionatı zamanı hava şəraiti demək olar, hər saat dəyişirdi. Bu da kartların daimi sazlanmasını, təkərlərin dəyişdirilməsini və idarəetmə tərzinin dəyişdirilməsini tələb edirdi. Nəticədən bir qədər məyus olsam da, etiraf etməliyəm ki, bütün turnir boyu çox yaxşı yürüş və yüksək sürət nümayiş etdirdik. Amma mühərrik və şassi ilə bağlı davamlı problemlər yarımfinal və finaldakı çıxışımı çətinləşdirdi.

Bütün bu çətinliklərə baxmayaraq, kartdan maksimum yararlandım və bacarığımı göstərdim. Yağışlı şəraitdə 24 rəqibi geridə buraxa bildim. Qeyd edim ki, mən ötən il 14 ötmə edən italiyalı Lorenzonun rekordunu qırdım. Amma hər yarış cəmi 15 dövrədən ibarət idi. 32-ci yerdən start götürərək birinci bitirmək üçün bu, kifayət etmədi.

- Startda kiçik qəza baş verdi. Bərpa olunmaq çətin olmadı?

- Bəli, xoşagəlməz idi, amma mən bilirdim ki, yerim pelotonun sonunda deyil. Bu, mənə irəli çıxmaq üçün motivasiya verdi. Anladım ki, vaxtım yetişib və adətim üzrə maksimumumu ortaya qoydum. Nəticədə bu, özünü doğrultdu.

- Dünya çempionatında ilk səkkizliyə düşmək sənin üçün nə ifadə edir?

- Bu yarışda çoxillik təcrübəyə malik dünya və Avropa çempionları iştirak edirdi. Komandam və digər komandalar nəticəmdən razı qaldılar, amma mənim üçün bu, kifayət deyil. Mən pilot kimi ölkəmin səkkizinci yerdə olması üçün təmsil etmirəm. Mən həmişə birinci olmağa çalışıram, çünki azərbaycanlılar təbiətən qalibdirlər.

- İtaliyadakı çempionatdan sonra Milandan olan kartinq komandası sənə təklif göndərib. Niyə Portuqaliyada qaldın?

- Mən elə əvvəldən bu komandanın tərkibindəyəm. Məhz bu komandanın sayəsində bu qədər irəliləyə bilmişəm. Onlar mənim inkişafım üçün çox çalışıblar, məni həmişə maksimum nəticəyə sövq ediblər. Buna görə də indi komandamı dəyişmək düzgün olmazdı. Bəli, italyan komandaları çox güclüdür və ora düşmək asan deyil. Amma bu mənim karyeram olsa da, bu yolda mənə dəstək olan insanlar mənim üçün az önəmli deyil.

- Sənin avtomobilin iki bayraqla - Azərbaycan və Portuqaliya bayraqları ilə bəzədilmişdi. Necə oldu ki, təşkilatçılar buna icazə verdilər?

- Azərbaycan mənim vətənimdir, mən oradanam. Təşkilatçılar və federasiya vəziyyətimi başa düşdülər və mənim üçün istisna etdilər. Mən həmişə Portuqaliya lisenziyası ilə çıxış edirəm, amma bu dəfə öz vətənimin - Azərbaycanın bayrağı altında yarışdım.

- Avropada yaşasan da, Azərbaycanı aktiv şəkildə təbliğ edirsən. Səni buna nə motivasiya edir?

- Dəfələrlə demişəm ki, indiyədək heç vaxt azərbaycanlı pilot olmayıb. Azərbaycanda “Formula-1” Qran-prisinin keçirildiyini nəzərə alsaq, bunu dəyişmək istəyirəm. Avropada yarışaraq Formula sisteminə daxil olmaq şanslarımı artırıram. Bu, mənim üçün “Formula-1”-ə gedən yoldur.

- “Formula-1” üzrə Azərbaycan Qran-prisinə dəvət almışdın. Yarışla bağlı təəssüratların necədir? Nəticələr səni təəccübləndirdi?

- Bu, inanılmaz təcrübə idi! Azarkeşlər, turistlər, pilotlar, mexaniklər, marşallar, şou - hamısı birlikdə mənim iştirak etdiyim ən möhtəşəm yarışlardan birini ərsəyə gətirdilər. Hər şey çox yüksək səviyyədə keçdi. Bir anda özümü Bakının küçələrində “Formula-1” pilotu kimi yarışarkən təsəvvür etdim. Hətta təsnifat mərhələsi də çox təsirli idi.

Hazırda hər gün Azərbaycan Qran-prisinin simulyatorunda məşq edirəm ki, həm quru, həm də yağışlı şəraitdə dövrə vaxtımı yaxşılaşdırım. Azərbaycan bir daha sübut etdi ki, onun Qran-prisi “Formula-1” təqviminin ən yaxşı yarışlarından biridir. Bu möhtəşəm tədbirin peşəkar təşkilatçılığına görə bütün iştirakçılara səmimi təşəkkürümü bildirirəm. Xarici qonaqlardan yalnız müsbət rəylər eşitdim.

- Oskar Piastrinin və “Mclaren”in “Formula-1” çempionatında liderliyi səni təəccübləndirdi? Komanda bu üstünlüyü gələn mövsüm də qoruyacaqmı?

- Gözlənilməz olanı gözləyin. Bu, Piastrinin cəmi üçüncü mövsümüdür, amma artıq ondan iki-üç dəfə çox təcrübəyə malik pilotlar üzərində üstünlük qazanır. Düşünürəm ki, o, bir neçə dünya çempionluğu qazanmaq üçün lazım olan hər şeyə malikdir, sadəcə bir az daha təcrübəyə ehtiyacı var. Gələn il barədə danışmaq çətindir, çünki yeni qaydalar qüvvəyə minəcək. Ona görə təkrar edirəm: “Gözlənilməz olanı gözləyin.”

- Azərbaycanda uzun müddətdir ümid edirlər ki, bir gün ölkənin öz “Formula-1” pilotu olacaq. Amma bunun üçün ciddi sponsorluq lazımdır. Buna baxmayaraq, sən özünü orada görə bilirsənmi?

- Bu, mənim arzumdur və bunun olması baş tutması üçün qərarlıyam. Bəli, sponsorluq çox vacibdir, xüsusilə də azərbaycanlı şirkətlərin. İnanıram ki, mənim gələcək məqsədimi bölüşəcək insanlar tapılacaq. Asan deyil, amma hər halda inanmaq istəyirəm ki, bu məsələ müsbət həllini tapacaq. Məsələn, mənim artıq “Formula-4”, “Formula-3”, LMP, GT4 və GT3-də çıxış edən çoxlu dostlarım var. Hamımız kartinqdən başlamışıq və bu gün də ora qayıdıb məşq edirik.

- Azərbaycan Qran-prisinin keçirilməsi üçün müqavilə 2030-cu ilə qədər uzadılıb. Bu, sənə “Formula-1” pilotu kimi Bakının küçələrində yarışmaq imkanı verəcəkmi?

- Bəli, əlbəttə! Bu, çox böyük zəhmət və qətiyyət tələb edəcək, amma mən hər cür fədakarlığa hazıram. “Formula-2”yə düşəndə artıq “Formula-1” üçün qapılar açılacaq. Bəzi pilotlar var ki, adlarını çəkmək istəmirəm, lakin müəyyən səbəblərlə yaxın vaxtlarda çempionatı tərk edəcəklər. Mən bunu artıq öyrənmişəm. Buna görə 2030-cu ilə qədər müqavilənin uzadılması mənim üçün bir şansdır. Düşünürəm ki, 2029-cu ilə qədər “Formula-1”-ə yüksəlmək tamamilə realdır.

- Bildirilib ki, sən Formula-4 komandasından təklif almısan. Hazırda vəziyyət necədir? Formula yarış sisteminə keçmək ehtimalın nə qədərdir?

- Mən Almaniyada yerləşən və tanınmış bir “Formula-1” komandasının filialı olan “Formula-4” komandasından dəvət almışam. Komandanın adını hələ açıqlamaq istəmirəm. Kommersiya məsələləri həll olunduqdan sonra noyabrda Formula-4 mövsümünə hazırlığa başlayacağam və FIA “Formula-4”ün İtaliya, Avropa, İspaniya, Mərkəzi Avropa və Qış seriyalarında iştirak edəcəyəm.

Düşünürəm ki, şanslar çox yüksəkdir. Müqavilələr artıq alınıb, amma sponsorların cavabını gözləyirəm, çünki bu keçid böyük maliyyə tələb edir. İndiyə qədər bütün xərcləri atam qarşılayıb, lakin indi təkbaşına davam etmək çətindir. Yaşım, təcrübəm və nəticələrim investorlar üçün inam yaradır. Qeyd edim ki, ümumilikdə 54 müraciət olub, amma cəmi 20 yer var. Onlardan biri artıq mənim üçün ayrılıb, qalıb yalnız müqaviləni imzalamaq. Deyə biləcəyim tək şey budur: çox tezliklə siz FIA “Formula-4”də Azərbaycan bayrağını görəcəksiniz.

- Sənin fikrincə, Azərbaycanda avtomobil idmanının inkişafı üçün nə etmək lazımdır və bu prosesdə sənin rolun nə ola bilər?

- İlk növbədə, peşəkar kartinq üçün trasa ehtiyacımız var. Çoxları kartinqi qiymətləndirmir, amma həvəskar kartla peşəkar yarışlarda istifadə edilən vasitə tamamilə fərqlidir. Mühərrikin gücü, sürət, şassi, idarəetmə texnikası, əyləcləmə, fiziki və psixoloji dözümlülük – hamısı başqa səviyyədədir. Hər bir dünya çempionu məhz kartinqdən başlayıb. Bu baza olmadan yeni pilotlar yetişdirmək mümkün deyil.

Mən gənc nəsil üçün nümunə olmaq, onların ilham ala biləcəyi bir azərbaycanlı olmaq istəyirəm. Bəli, mən ilk azərbaycanlı “Formula-1” pilotu olmaq istəyirəm, amma eyni zamanda istəyirəm ki, məndən sonra başqaları da bu yolu davam etdirsin. Hazırda olduğum mühit və beynəlxalq yarışlarda qazandığım əlaqələr Azərbaycanda peşəkar yarış məktəbinin yaradılması üçün böyük imkanlar açır.

- Qısamüddətli və uzunmüddətli məqsədlərin nələrdir? Avtosport sənin üçün nə ifadə edir?

- Qısamüddətli məqsədim irəliləməyə davam etmək, daha sürətli, daha sabit olmaq və hər yarışda təkmilləşməkdir. Uzunmüddətli məqsədim isə idman yarışının zirvəsinə çıxmaq və ən güclülərlə mübarizə aparmaqdır. Avtosport mənim üçün sadəcə bir məşğuliyyət deyil - bu, mənim həyat tərzimdir, hər gün düşündüyüm və yaşadığım bir hissdir. Bu, mənim motivasiyamdır. Bilirəm, yol çətindir, amma məqsədimə çatacağıma əminəm. Qısaca desəm - mən bura sadəcə iştirak üçün yox, özümü və ölkəmi tanıtmaq üçün gəlmişəm.

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Oktyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see202

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see199

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see169

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see151

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see148

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see139

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see135

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see134

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see132

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see131

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see130

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see128

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see125

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see121

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see121

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri