Formula 1: “Red Bull” komandası meksikalı pilotu Serxio Peres ilə yolları ayırıb AZƏRTAC |…
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Berlin, 19 dekabr, AZƏRTAC Formula 1 yarışının iştirakçısı “Oracle Red Bull Racing” komand
Otuz dörd yaşlı pilot gələn il yarışlarda bu komandanın heyətində çıxış etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Red Bull”un X sosial şəbəkəsindəki səhifəsində rəsmi şəkildə məlumat verilib.
Meksikalı pilot da X şəbəkəsindəki paylaşımında bu məlumatı təsdiqləyib.
“Oracle Red Bull Racing”də keçirdiyim son dörd il və belə bir komandada yarışmaq fürsəti üçün son dərəcə minnətdaram.
“Red Bull” üçün yarışmaq unudulmaz təcrübə idi və birlikdə əldə etdiyimiz uğurları həmişə yüksək qiymətləndirəcəyəm”, - deyə idmançı paylaşımında bildirib.
Onun komandadan ayrılmasının əsas səbəbi ötən mövsümdəki zəif və qeyri-sabit çıxışıdır.
Komanda yoldaşı Maks Ferstappen ardıcıl dördüncü dəfə dünya çempionu olmaq üçün yarışdığı halda Serxio Peres pilotların yarışında ancaq səkkizinci yerdə qərarlaşa bilib.
Tam oxu
Xəbəri oxu