Formula 1: “Red Bull” komandası meksikalı pilotu Serxio Peres ilə yolları ayırıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Berlin, 19 dekabr, AZƏRTAC
Formula 1 yarışının iştirakçısı “Oracle Red Bull Racing” komandası meksikalı pilotu Serxio Peres ilə yollarını ayırıb. Otuz dörd yaşlı pilot gələn il yarışlarda bu komandanın heyətində çıxış etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Red Bull”un X sosial şəbəkəsindəki səhifəsində rəsmi şəkildə məlumat verilib.
Meksikalı pilot da X şəbəkəsindəki paylaşımında bu məlumatı təsdiqləyib. “Oracle Red Bull Racing”də keçirdiyim son dörd il və belə bir komandada yarışmaq fürsəti üçün son dərəcə minnətdaram. “Red Bull” üçün yarışmaq unudulmaz təcrübə idi və birlikdə əldə etdiyimiz uğurları həmişə yüksək qiymətləndirəcəyəm”, - deyə idmançı paylaşımında bildirib.
Onun komandadan ayrılmasının əsas səbəbi ötən mövsümdəki zəif və qeyri-sabit çıxışıdır. Komanda yoldaşı Maks Ferstappen ardıcıl dördüncü dəfə dünya çempionu olmaq üçün yarışdığı halda Serxio Peres pilotların yarışında ancaq səkkizinci yerdə qərarlaşa bilib.
“Red Bull”un meksikalı pilotun yerinə təyinatının yaxın günlərdə həyata keçiriləcəyi gözlənilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Dekabr 2024 06:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















