Formula 2 Azərbaycan Qran Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

15.10.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Formula 2-də mübarizə aparan “Invicta”nın braziliyalı pilotu Rafael Kamara Formula 1 komandası ilə müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, 21 yaşlı sürücü 2027-ci ildən etibarən “Haas” komandasında çıxış edəcək. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.

Kamara cari mövsüm dünya çempionatında şəxsi göstəricilərdə liderdir. O, “Ferrari” akademiyasının yetirməsidir. “Haas”ın hazırkı heyətində Oliver Berman və Esteban Okon yer alırlar.

Xatırladaq ki, Rafael Kamara ötən ay keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью