Formula 2 Azərbaycan Qran Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Formula 2-də mübarizə aparan “Invicta”nın braziliyalı pilotu Rafael Kamara Formula 1 komandası ilə müqavilə bağlayıb.
AZƏRTAC xəbər verir ki, 21 yaşlı sürücü 2027-ci ildən etibarən “Haas” komandasında çıxış edəcək. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.
Kamara cari mövsüm dünya çempionatında şəxsi göstəricilərdə liderdir. O, “Ferrari” akademiyasının yetirməsidir. “Haas”ın hazırkı heyətində Oliver Berman və Esteban Okon yer alırlar.
Xatırladaq ki, Rafael Kamara ötən ay keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin qalibi olub.
Bu mövzuda digər xəbərlər:Formula 1 Azərbaycan Qran prisinin vaxtı dəyişdi
20 İyul 2025 10:24
Formula 1: Azərbaycan Qran Prisinin təqvimi müəyyənləşib
04 Fevral 2025 16:43
“Formula 1”: Bakı Qran prisinin qalibi bilindi
16 May 2026 12:55
Formula 1: Belçika Qran prisinin qalibi müəyyənləşdi
19 İyul 2026 19:03
Ferstappen “Formula 1” Mayami Qran prisinin qalibi olub
04 May 2025 15:39
Baxış sayı:112
Bu xəbər 15 Oktyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















