Forum Azərbaycanın informasiya mübarizəsində söz sahibinə çevrildiyini təsdiqlədi | Icma.a…
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq jurnalistlərin iştirakı ilə keçirilən yüksək səviyyəli tədbir deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, informasiya dayanıqlılığını və müasir çağırışlara verdiyi cavabları ortaya qoyan mühüm platforma oldu.
Forumun builki mövzusu – “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” – təkcə texnologiya ilə bağlı deyil, həm də qlobal informasiya müharibəsinin fonunda medianın məsuliyyətinə dair çağırış idi.
Prezident İlham Əliyevin Forumda iştirakı tədbirin siyasi və strateji çəkisini bir neçə dəfə artırdı.
Onun müxtəlif istiqamətləri əhatə edən cavabları yalnız iştirakçılar üçün deyil, həm də qlobal siyasi analitiklər üçün mühüm siqnallar idi.
Forum iştirakçılarına təqdim edilən cavablar Azərbaycanın 30 illik mübarizə yolu, müstəqillik uğrunda çəkilən zəhmət, regionda yeni geosiyasi düzənin konturları və ölkənin prinsipial mövqeyinin dərin təhlili kimi dəyərləndirilə bilər.
Dövlət başçısı bir daha göstərdi ki, Azərbaycan informasiya açıqlığını, medianın azad və peşəkar fəaliyyətini dəstəkləyən, onu inkişafın əsas dayaqlarından biri hesab edən ölkədir.
Qlobal informasiya məkanında gedən manipulyasiyalara, ikili standartlara və təxribatlara qarşı Azərbaycanın müstəqil, faktlara əsaslanan və milli maraqlara xidmət edən mövqeyi ortaya qoyuldu.
Tam oxu
Xəbəri oxu