Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Forum Azərbaycanın informasiya mübarizəsində söz sahibinə çevrildiyini təsdiqlədi

Forum Azərbaycanın informasiya mübarizəsində söz sahibinə çevrildiyini təsdiqlədi

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq jurnalistlərin iştirakı ilə keçirilən yüksək səviyyəli tədbir deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, informasiya dayanıqlılığını və müasir çağırışlara verdiyi cavabları ortaya qoyan mühüm platforma oldu. Forumun builki mövzusu – “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” – təkcə texnologiya ilə bağlı deyil, həm də qlobal informasiya müharibəsinin fonunda medianın məsuliyyətinə dair çağırış idi.

Prezident İlham Əliyevin Forumda iştirakı tədbirin siyasi və strateji çəkisini bir neçə dəfə artırdı. Onun müxtəlif istiqamətləri əhatə edən cavabları yalnız iştirakçılar üçün deyil, həm də qlobal siyasi analitiklər üçün mühüm siqnallar idi. Forum iştirakçılarına təqdim edilən cavablar Azərbaycanın 30 illik mübarizə yolu, müstəqillik uğrunda çəkilən zəhmət, regionda yeni geosiyasi düzənin konturları və ölkənin prinsipial mövqeyinin dərin təhlili kimi dəyərləndirilə bilər.

Dövlət başçısı bir daha göstərdi ki, Azərbaycan informasiya açıqlığını, medianın azad və peşəkar fəaliyyətini dəstəkləyən, onu inkişafın əsas dayaqlarından biri hesab edən ölkədir. Qlobal informasiya məkanında gedən manipulyasiyalara, ikili standartlara və təxribatlara qarşı Azərbaycanın müstəqil, faktlara əsaslanan və milli maraqlara xidmət edən mövqeyi ortaya qoyuldu. Prezidentin səsləndirdiyi fikirlər media ilə hökumət arasında şəffaf münasibətin, qarşılıqlı etimadın və milli informasiya təhlükəsizliyinin vacib olduğunu bir daha təsdiqlədi.

Xüsusilə qeyd olunmalıdır ki, Forumun Xankəndidə – uzun illər işğal altında olmuş və separatçı rejimin yuvasına çevrilmiş ərazidə keçirilməsi həm rəmzi, həm də strateji baxımdan önəmli idi. Bu, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra beynəlxalq ictimaiyyətə verilən bir mesaj idi: Qarabağ Azərbaycandır və bu torpaqlarda artıq yalnız sülh, inkişaf və əməkdaşlıq hökm sürür.

Prezidentin çıxışında həm keçmişin dərsləri, həm də gələcəyə yönəlik baxışlar öz əksini tapdı. O, Ermənistanla sülh prosesinin perspektivlərini aydın və konkret şərtlərlə ifadə etdi – konstitusiya dəyişiklikləri, işğalçılıq iddialarından imtina və Minsk qrupunun tarixə qovuşması. Sülh üçün əsas şərt məhz bu geridönməzlikdir. Prezidentin “Heç vaxt təslim olmamaq və işğalla barışmamaq” çağırışı isə yalnız Azərbaycan xalqına deyil, eyni zamanda digər işğala məruz qalmış xalqlara da ünvanlanmış universal bir mesaj kimi dəyərləndirilə bilər.

Forumda mühüm müzakirə predmetlərindən biri Zəngəzur dəhlizinin açılması və bu marşrutun region üçün daşıdığı iqtisadi və geosiyasi əhəmiyyət idi. Prezident bu dəhlizin yalnız Azərbaycanla Naxçıvanı deyil, bütövlükdə region ölkələrini birləşdirən beynəlxalq tranzit xətti olacağını bildirdi. Bu, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yeni bir vektorla tamamlanması deməkdir. Azərbaycan artıq müasir infrastruktur, limanlar, dəmir yolları və gömrük sistemləri vasitəsilə regionun əsas tranzit qovşaqlarından birinə çevrilməkdədir.

Forumda eyni zamanda Azərbaycanın beynəlxalq enerji və iqlim siyasətinə dair fikirlər də səsləndi. COP29 konfransına ev sahibliyi və yaşıl gündəliyin həyata keçirilməsi Azərbaycanın davamlı inkişaf, çoxtərəfli diplomatiya və ekoloji məsuliyyət sahəsində liderliyini nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışlarında enerji resurslarından siyasi alət kimi istifadə edilmədiyi, əksinə, kommersiya prinsiplərinə əsaslanan tərəfdaşlığın əsas götürüldüyü bir daha vurğulandı. Bu da Azərbaycanın etibarlı və öhdəliklərinə sadiq tərəfdaş imicini gücləndirir.

Azərbaycan-Rusiya münasibətlərində yaşanan son hadisələr – xüsusilə AZAL təyyarəsinin vurulması ilə bağlı məsələyə münasibət – dövlətin prinsipial və hüquqa əsaslanan mövqeyini ortaya qoydu. Prezident qeyd etdi ki, bu hadisənin araşdırılması və ədalətin bərqərar olunması üçün beynəlxalq hüquq müstəvisində mübarizə davam etdiriləcək. Bu, həm də Azərbaycanın beynəlxalq hüququn və ədalətin müdafiəçisi olduğunu göstərir.

Bütün bu çıxışlar fonunda Prezidentin medianın rolu ilə bağlı fikirləri də xüsusi vurğulanmalıdır. O, Azərbaycan mediasının həm daxildə, həm də beynəlxalq müstəvidə nüfuz qazandığını bildirdi və mediamızın dövlət maraqlarını qorumaqla yanaşı, informasiya cəbhəsində fəal şəkildə iştirak etdiyini qeyd etdi. Əsassız iddialara qarşı arqumentli cavablar vermək, informasiya manipulyasiyalarını ifşa etmək medianın əsas vəzifələrindən biridir və Azərbaycan mətbuatı bu istiqamətdə əhəmiyyətli yol qət edib.

III Şuşa Qlobal Media Forumu yalnız medianın gündəlik problemlərinin müzakirə edildiyi bir platforma deyil, eyni zamanda, Azərbaycanın mövcud reallıqları, postmünaqişə dövrünün strateji xətti, beynəlxalq əməkdaşlıq imkanları və qlobal çağırışlara verdiyi cavabların təhlil edildiyi mühüm bir siyasi və informasiya hadisəsi idi. Forumda səsləndirilən fikirlər, verilən mesajlar həm daxili sabitliyin, həm də regional və qlobal etibarlılığın bünövrəsini təşkil edir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri