“Foto Hüseyn Hüseynzadənindir” | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Uşaqlığımdan iki Hüseyn Hüseynzadə tanımışam: biri şair (sonradan Hüseyn Arif olub), biri də gözəl fotojurnalist.
Hər ikisi böyük sənətkar olub. Biri sözün şəklini çəkib, digəri – gözlə gördüyünün...
Sonralar şair Hüseyni dəfələrlə görsəm də, onun fotoqraf adaşını görməmişəm.
Amma bir vaxtlar işlədiyi bizim qəzetdə (o zamankı “Kommunist”də), eləcə də “Vışka”da, Moskva nəşrləri olan “Pionerskaya Pravda”da, “Komsomolskaya pravda”da çıxan şəkillərinə, fotoalbomlarına heyran qalmışam.
Bir də “Bakıda qış”ın gözqamaşdıran bəyaz örtüyünə, “Xınalıq”dakı, “Lahıc”dakı “Qobustan”dakı, “Dağlıq Qarabağ”dakı, “Naxçıvan”dakı ecazkar mənzərələrə sanki kamerasının gözü ilə baxmışam.
Onu çox sevdiyim foto sənətimizin brendi hesab etmişəm. Hüseyn Hüseynzadə 1935-ci ildə dünyaya göz açıb.
Neft-kimya institutunu bitirib, elə ilk fotoları da neft mədənlərinə, çətin neftçi peşəsinə aid olub.
Tam oxu
Xəbəri oxu