Icma.az
close
up
RU
“Foto Hüseyn Hüseynzadənindir”

“Foto Hüseyn Hüseynzadənindir”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaqlığımdan iki Hüseyn Hüseynzadə tanımışam: biri şair (sonradan Hüseyn Arif olub), biri də gözəl fotojurnalist. Hər ikisi böyük sənətkar olub. Biri sözün şəklini çəkib, digəri – gözlə gördüyünün... 

Sonralar şair Hüseyni dəfələrlə görsəm də, onun fotoqraf adaşını görməmişəm. Amma bir vaxtlar işlədiyi bizim qəzetdə (o zamankı “Kommunist”də), eləcə də “Vışka”da, Moskva nəşrləri olan “Pionerskaya Pravda”da, “Komsomolskaya pravda”da çıxan şəkillərinə, fotoalbomlarına heyran qalmışam. Bir də “Bakıda qış”ın gözqamaşdıran bəyaz örtüyünə, “Xınalıq”dakı, “Lahıc”dakı “Qobustan”dakı, “Dağlıq Qarabağ”dakı, “Naxçıvan”dakı ecazkar mənzərələrə sanki kamerasının gözü ilə baxmışam. Onu çox sevdiyim foto sənətimizin brendi hesab etmişəm. 

Hüseyn Hüseynzadə 1935-ci ildə dünyaya göz açıb. Neft-kimya institutunu bitirib, elə ilk fotoları da neft mədənlərinə, çətin neftçi peşəsinə aid olub. lk kitabı 1964-cü ildə, fotoqrafın 29 yaşı olanda işıq üzü görüb və “Neft Daşları” adlanır. Zəhməti və yaradıcılığı daim yüksək qiymətləndirilib. O, “Press-foto 62” beynəlxalq müsabiqəsində fərqlənib,mükafata, Azərbaycan Jurnalislət İttifaqının “Qızıl qələm”, Berlində “İnterpressfoto” sərgisində “Uğur” mükafatlarına layiq görülüb. Həmçinin dəfələrlə Azərbaycanda “İlin fotoqrafı” adını qazanıb.       

El dilində desəm, yaxşı mənada “gördüyündən kirə istəyən” fotojurnalist Hüseyn Hüseynzadənin bütün sahələrdən olan çəkilişləri uğurlu alınıb. Elmlər Akademiyasınınn Əlyazmalar Fondundakı miniatürlərlə işi, Tarix muzeyinin fondundan dekorativ tətbiqi sənətin 8 albomu – zərgərlik məmulatlarının, xalçaların, mis əşyaların və keramikanın, silah və geyimin forma, faktura və rənglərini üzə çixarmaq üçün polixrom işıq və fonları, slaydlarının   texniki sənətkarlığı, milli incəsənətin mahiyyətinin dərkindən soraq verən “rəsm”ləri bu qəbildəndir. 

Onun – balacaların “saqqallı baba” dedikləri azman sənətkarın fotoları bədiyyatı ilə heyrətamiz rəsm əsərlərini xatırladır. Uşaqları çəkməyi sevdiyi kimi, Azərbaycan kulinariyasının “dadını-duzunu” göstərməyi də əsl “dequstator” kimi bacarıb. “Kabab və qəlyanaltılar”ının, “Plov və şərbətlər”inin sərgiləndiyi unikal albomları milli  mətbəximizi bütün dünyaya tanıdıb. 

Hüseyn Hüseynzadənin reportajlarında özəl dinamika olub, şəkilləri işıq və kölgənin, ağ və qaranın qeyri-adi uyarlığı ilə seçilib. Sonradan rəngli fotoqrafiyaya keçib. Kamerasının şaqqaşaq səsləri onun mənalı ömrünün melodiyası olub.

Fırlanan dünyanın anbaan dəyişən mənzərələrini zövqlü, itigözlü foto ustası,    duyğusal rəssam kimi müşahidə edərək kameranın yaddaşına köçürüb. Bilib ki, “axan çay 1 dəqiqə sonra daha  həminki olmayacaq”. Qaçan anı tutdunsa, tutdun, qənimət çəkilişə çevirdinsə, çevirdin! Gecikdinsə, deməli, heç də “mahir an ovçusu” deyilsən. 

O, bir vətəndaş kimi ictimai fəallığı ilə də seçilib. Məsələn, qaniçən sovet ordusunun “Qanlı yanvar” qırğını zamanı həmkarları Rasim Sadıqov, Fərid Əşrəfoğlu, Mirnaib Həsənoğlu, Oleq Litvin kimi, o da bütün Bakını gəzib, atəş səsləri altında şəhidləri, yaralıları, dağıdılan yerləri çəkib və 20 Yanvar həqiqətlərinin foto ilə  dünyaya çatdırılmasına nail olub...

Dostlarının dediyinə görə, o, sirli-sehirli bir aləm olan yarımqaranlıq fotolaboratoriyasında iplərdən asdığı lentlərin, şüşələrə yapışdırıb qurutduğu şəklillərin yanında hər zaman xoşbəxt görünüb. Çünki sevimli sənəti daim ona fərəh gətirib. Qəzet və jurnallarda dərc olunan “Foto Hüseyn Hüseynzadənindir” yazılı şəkillərini pasibanlarına göstərərək qürurlanıb. Bir də o,  tez-tez “dəmir at”ına – “Niva”sına minib kəndə-kəsəyə “ov”a  yollanmağı çox xoşlayıb. Tarixiləşdirdiyi anlar 60-dan çox albom və kitabda toplanıb.

Özü isə deyirdi: “Mən xoşbəxtəm, çünki yarım əsrdən çox sevdiyim işlə məşğul olmuşam. Şikayətlənmək günahdır – bir çox nəşriyyatlarda fotomüxbir işləyərək xeyli ölkə və şəhərlər gəzmişəm, dağlarda, doğma diyarın ən uzaq yerlərində olmuşam, sərgilərdə iştirak etmişəm, maraqlı insanlarla görüşüb, onların vasitəsilə böyük fotoqrafiya sənətini  dərk etməyi öyrənmişəm! Çox inanmaq istəyirəm ki, fotopovestlər, fotohekayələr, fotoqrafiyalardakı nağıllar  – bütün bunlar tamamilə real və uzaq olmayan gələcəyin işləridir. Mənim şəkillərim  – həyatımın səhifələridir”.

Hüseyn Hüseynzadə 5 ildir ki, fani dünyanı tərk edib. İndi onu saralıb-solmayan fotoları, portretləri, əbədiləşdirdiyi tarixi anlar yaşadır. 

Əli NƏCƏFXANLI 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri