Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 23-də Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qax, Zaqatala və Balakən rayonları sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qax, Zaqatala və Balakən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
XQ