Fövqəladə hallar nazirinin Qaxda vətəndaş qəbulu
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 23-də Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qax, Zaqatala və Balakən rayonları sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qax, Zaqatala və Balakən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
XQ
Bu mövzuda digər xəbərlər:Fövqəladə hallar nazirinin Şamaxıda vətəndaş qəbulu
01 İyul 2025 09:59
Fövqəladə hallar nazirinin qəbulu
01 Mart 2025 00:06
Fövqəladə hallar naziri Xızıda vətəndaş qəbulu keçirəcək AZƏRTAC
15 Yanvar 2025 18:07
Fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi
03 İyun 2025 16:45
Fövqəladə hallar nazirinin yeni müavini Xanlarov KİMDİR...
16 Fevral 2026 11:47
Baxış sayı:127
Bu xəbər 24 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















