Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC Milli Məclisin deputatı, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov “France 2” ictimai televiziyasında yayımlanan “Təbliğat müharibələri, Fransa cəbhə xəttində” adlı sənədli filmlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.Müsahibəni oxucuların diqqətinə çatdırırıq:-Bu günlərdə “France 2” TV kanalında “Təbliğat müharibələri, Fransa cəbhə xəttində” adlı sənədli film yayımlanıb.
Burada Fransa hökumətinin gözlənilmədən Azərbaycanı 2024-cü ildə Yeni Kaledoniyada inqilabı qızışdırmaqda ittiham etməsi barədə danışılır və məsələ Fransa cəmiyyətinə xarici müdaxilə kimi təqdim olunur.
Bu ittihamlara münasibətiniz necədir?-İlk növbədə, qeyd edim ki, Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirir.
Fəaliyyət istiqamətlərindən biri də digər ölkələrə qarşı aparılan müdaxilələrin və hibrid təhdidlərin öyrənilməsidir.
Burada əsas məqsədimiz Azərbaycana qarşı oxşar xarici müdaxilə və ya hibrid hücum halları olacağı təqdirdə buna hazır olmaq və müvafiq dövlət qurumları ilə birgə qabaqlayıcı tədbirlər görməkdən ibarətdir.Bu baxımdan, Fransanın “Əlavə Təhqiqat” jurnalist araşdırmaları qrupu tərəfindən hazırlanan və Azərbaycanın da adının mənfi formada hallandığı bu sənədli filmi mən də izlədim.
Səslənən ittihamlara təbii ki münasibət bildirəcəm, amma bununla bərabər müşahidə etdiyim bir sıra məqamları da bölüşməyim fikrimcə, faydalı olardı.Siz sualınızda doğru qeyd edirsiniz ki, film məhz Fransa cəmiyyəti üçün nəzərdə tutulub.
Bunun da bir sıra məqsədləri var ki, onlardan biri də Fransanın hazırkı hökumətinin nüfuzunun cəmiyyətdə olduqca aşağı olması ilə əlaqədardır.Sənədli filmi şərti olaraq üç hissəyə bölmək olar, bunun yalnız bir hissəsi Azərbaycanla bağlıdır.