“France Televisions“un əməkdaşları bomba təhlükəsi səbəbindən təxliyə olunublar

30.11.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Fransanın dövlət teleradio şirkəti "France Televisions"un əməkdaşları binaya bomba qoyulması ilə bağlı məlumatlara görə təxliyə olunublar.

Moderator.az xəbər verir ki, bu barədə quruma daxil olan "France Info" telekanalı məlumat yayıb.

Şirkətin telekanalları və radiostansiyalarının yayımı dayandırılıb. Hadisə saat 17:30-da (Bakı vaxtı ilə 20:30) baş verib. "France Info" telekanalının efirində həyəcan siqnalı eşidilib. "Yayımı dayandırmağa məcburuq", - axşam xəbərlərinin aparıcısı bildirib.

Hadisə yerinə polis əməkdaşları və kinoloqlar cəlb olunublar.

Oxşar hadisə bir neçə gün əvvəl BFMTV telekanalında baş verib. Lakin binada heç bir partlayıcı qurğu aşkar edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью