“France Televisions“un əməkdaşları bomba təhlükəsi səbəbindən təxliyə olunublar
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Fransanın dövlət teleradio şirkəti "France Televisions"un əməkdaşları binaya bomba qoyulması ilə bağlı məlumatlara görə təxliyə olunublar.
Moderator.az xəbər verir ki, bu barədə quruma daxil olan "France Info" telekanalı məlumat yayıb.
Şirkətin telekanalları və radiostansiyalarının yayımı dayandırılıb. Hadisə saat 17:30-da (Bakı vaxtı ilə 20:30) baş verib. "France Info" telekanalının efirində həyəcan siqnalı eşidilib. "Yayımı dayandırmağa məcburuq", - axşam xəbərlərinin aparıcısı bildirib.
Hadisə yerinə polis əməkdaşları və kinoloqlar cəlb olunublar.
Oxşar hadisə bir neçə gün əvvəl BFMTV telekanalında baş verib. Lakin binada heç bir partlayıcı qurğu aşkar edilməyib.
Bu mövzuda digər xəbərlər:Polis France Televisions media qrupunun ofisini mühasirəyə aldı
29 Noyabr 2025 23:41
“Qazprom”un əməkdaşları Avropadan təxliyə edilir
10 Yanvar 2025 21:06
Jurnalist: Air France əməkdaşları Hindistanda Putini maraqla lentə alıblar
13 Sentyabr 2026 17:03
Rusiyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vastəsilə təxliyə olunublar
24 İyun 2025 15:28
İrandan beş ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyə olunublar
08 Mart 2026 20:08
Baxış sayı:116
Bu xəbər 30 Noyabr 2025 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















