Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin Bakıda keçirilən 29-cu konfransına (COP29) qatılan ABŞ konqresmeni Frenk Pellonini (Frank Pallone) Azərbaycandan qayıtdıqdan sonra Ermənistanı dəstəkləyən bəyanat yayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevlə görüşünə buraxılmayan Frank Pallone bundan xüsusi ilə qəzəblənib.
O, illər boyu anti-Azərbaycan təbliğatı aparıb. Daim açıq şəkildə Ermənistanın maraqlarını təbliğ edən konqresmen, qanunsuz olaraq Azərbayca
Belə ki, Pelloni açıqlamasında Bakıda saxlanılan erməni əsirlərin azad edilməsi, Ermənistanın suverenliyinin qorunması və Azərbaycan qoşunla
Onu da qeyd edək ki, ermənipərəst konqresmen Bakıda vətəndaşların etirazı ilə qarşılanıb.
Sözügedən məsələ ilə bağlı Gununsesi.info saytına açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, ABŞ Konqresində “Ermənistanın dostları” qrupu fəaliyyət göstərir və bu qrupun ən cənfəşanlıq edən üzvlərindən biri, ermənidən çox Erməni olmaq niyyətini ortaya qoyan Frenk Pelloninidir.
“O, gecə-gündüz Azərbaycan əleyhinə hədyanlar səsləndirir, Azərbaycanı ermənilərə qarşı etnik təmizləmədə ittiham edir, deyir, guya ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini zəbt edib edib.