Icma.az
close
up
RU
Frank Pallone Azərbaycanda etirazla qarşılaşacağını bilirdi: NÖVBƏTİ ŞOUSU ÜÇÜN BAKIYA GƏLDİ

Frank Pallone Azərbaycanda etirazla qarşılaşacağını bilirdi: NÖVBƏTİ ŞOUSU ÜÇÜN BAKIYA GƏLDİ

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin Bakıda keçirilən 29-cu konfransına (COP29) qatılan ABŞ konqresmeni Frenk Pellonini (Frank Pallone) Azərbaycandan qayıtdıqdan sonra Ermənistanı dəstəkləyən bəyanat yayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevlə görüşünə buraxılmayan Frank Pallone bundan xüsusi ilə qəzəblənib. O, illər boyu anti-Azərbaycan təbliğatı aparıb. Daim açıq şəkildə Ermənistanın maraqlarını təbliğ edən konqresmen, qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, o cümlədən ABŞ hökumətini Bakıya qarşı sanksiyalara çağırıb.

Belə ki, Pelloni açıqlamasında Bakıda saxlanılan erməni əsirlərin azad edilməsi, Ermənistanın suverenliyinin qorunması və Azərbaycan qoşunlarının erməni torpaqlarından çıxarılması, nəhayət, regiona sabitlik gətirən ədalətli və davamlı sülh sazişi uğrunda mübarizə aparacağını bildirib. Onu da qeyd edək ki, ermənipərəst konqresmen Bakıda vətəndaşların etirazı ilə qarşılanıb.

Sözügedən məsələ ilə bağlı Gununsesi.info saytına açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, ABŞ Konqresində “Ermənistanın dostları” qrupu fəaliyyət göstərir və bu qrupun ən cənfəşanlıq edən üzvlərindən biri, ermənidən çox Erməni olmaq niyyətini ortaya qoyan Frenk Pelloninidir.

“O, gecə-gündüz Azərbaycan əleyhinə hədyanlar səsləndirir, Azərbaycanı ermənilərə qarşı etnik təmizləmədə ittiham edir, deyir, guya ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini zəbt edib edib. Bütün bunlar isə dünənin, bu günün məsələsi deyil, illərdir ki, o, bu cür fikirlər səsləndirir. Bu cür tezislərin artmasına bir səbəb də suverenliyimizi bərpa etməyimizdir. İndi isə COP29 tədbirində iştirak edib geri qayıtdıqdan sonra yenidən eyni iddiaları ortaya qoyur. Hansı Erməni torpaqlarından söhbət gedir? Biz bunu hər zaman deyirik, deyəcəyik və fakt budur ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, bunun müqabilində isə heç bir etnik təmizləmə siyasəti aparılmayıb. Amma Azərbaycana qarşı hərbi cinayətlər, soyqırım, etnik təmizləmə də olub, lakin Pallone bunların üstündən sükutla keçir. Əslində, o və onun kimilər bu cür mövqeləri ortaya boş yerə qoymurlar. Onlar faktiki olaraq rüşvət və korrupsiya içində batırlar, siyasi sifarişlər yerinə yetirirlər, bunun müqabilində də mükafatlanırlar. Ölənə qədər də Azərbaycan əleyhinə danışacaqlar. Çox istəyərdik ki, haqq-ədalət zəfər çalsın, Pallone kimiləri ömürlərinin sonunu həbsxanada başa vursunlar.”,- deyə E. Nəsirov bildirib.

Milli Məclisin digər bir deputatı Naqif Həmzəyev isə fikirlərini bu cür bildirib:

“Frenk Pellonini uzun illərdir, Azərbaycan əleyhinə açıq-aşkar təbliğat aparıb və bütün dünyada ermənilərin lobbiçisi kimi tanınıb. O, yaxşı bilirdi ki, Azərbaycana gəlişi sadə vətəndaşlar, QHT-lər tərəfindən etirazla qarşılaşacaq. Pellonini Azərbaycana şüurlu şəkildə gəldi, çünki ona şou lazım idi. Elə qayıdan kimi də bu şounu göstərdi, Azərbaycan əleyhinə bəyanat yaydı.”

Naqif Həmzəyev həmçinin əlavə edib ki, COP29-un yüksək səviyyədə təşkil edilməsi də Frenk Pellonini kimi qüvvələri məyus edib:

“Görürsünüz ki, Fransa və Ermənistanı dəstəkləyən bir sıra siyasi qüvvələr COP29-a qarşı qarayaxma kampaniyası apardılar. Ancaq COP29-un yüksək səviyyədə keçirilməsi də onların bu fəaliyyətlərini nəticəsiz etdi.”,-deyə N.Həmzəyev bildirib.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri