Icma.az, Bakivaxti portalına istinadən məlumat verir. Bu gün Avropa Şurası Fransa həbsxanalarının vəziyyətini pisləyərək, onların insan anba
CPT nümayəndə heyəti 2024-cü ilin sonlarında Fransanın dörd həbsxanasına - Paris bölgəsindəki "Fleury-Mérogis" və "Fresnes", Marseldəki "Les
Onların qiymətləndirməsi zamanı müəyyən olunub ki, həbsxanada həddindən artıq sıxlığın artması xüsusilə narahatedicidir.CPT nümayəndə heyəti
Məhbuslar arasında fiziki zorakılıq, xüsusən də həbsxana işçilərinin ümumiyyətlə müdaxilə etmədiyi idman meydançalarında geniş yayılıb.
Hətta zorakılıq o dərəcədə geniş yayaılıb ki, bəziləri bu zorakılıqdan qorxaraq kameralarını tərk etməkdən imtina edirlər.Binalarla bağlı CPT qeyd edir ki, «Fresnes» həbsxanasındakı saxlanma şəraiti dəhşətli idi :"Binalar və kameralar rütubətli, bərbad və antisanitar vəziyyətdə idi, həmçinin siçovulların, tarakanların və taxtabitilərin olması həyəcan vericiidi.
«Villefranche» və «Fleury-Mérogis » qadınların saxlanma mərkəzində kameralar köhnə və bərbad vəziyyətdə idi, mebelləri və pəncərələri sınıq idi" .Hesabatda, ümumiyyətlə, məhbusların fəaliyyət qrafiki pislənir :"Onlar gündə təxminən iyirmi saat, həftəsonları isə daha çox vaxtlarını kameralarında keçirirlər.
Yetkinlik yaşına çatmayanlar bölmələrində təhsilin çox vaxt gündə bir və ya iki saatla məhdudlaşdırıldığı müşahidə olunur".CPT nümayəndə heyəti həmçinin 14 dörd polis və jandarma məntəqəsinə baş çəkib.
Onlar məntəqələrdə tez-tez antisanitar şəraitin, tualetlərin tıxandığını müşahidə ediblər.