Icma.az
close
up
RU
Fransa həbsxanaları: Avropa Şurası təşvişə düşüb: siçovul, tarakan, rütubətli kamera, zorakılıq...

Fransa həbsxanaları: Avropa Şurası təşvişə düşüb: siçovul, tarakan, rütubətli kamera, zorakılıq...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bu gün Avropa Şurası Fransa həbsxanalarının vəziyyətini pisləyərək, onların insan anbarlarına çevrilməsinə qarşı bir hesabat yayıb.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin (CPT) prezidenti Alan Mitçel verdiyi açıqlamada bildirib ki, Fransadakı həbsxana şəraitindən son dərəcə narahatdır. CPT nümayəndə heyəti 2024-cü ilin sonlarında Fransanın dörd həbsxanasına - Paris bölgəsindəki "Fleury-Mérogis" və "Fresnes", Marseldəki "Les Baumettes" və "Villefranche -sur-Saône" (Rhône) - eləcə də Marseldəki "La Valentine" yetkinlik yaşına çatmayanların saxlanma mərkəzinə baş çəkib. Onların qiymətləndirməsi zamanı müəyyən olunub ki, həbsxanada həddindən artıq sıxlığın artması xüsusilə narahatedicidir.

CPT nümayəndə heyəti fiziki zorakılıqla bağlı etibarlı iddialar toplayıb. Məhbuslar arasında fiziki zorakılıq, xüsusən də həbsxana işçilərinin ümumiyyətlə müdaxilə etmədiyi idman meydançalarında geniş yayılıb. Hətta zorakılıq o dərəcədə geniş yayaılıb ki, bəziləri bu zorakılıqdan qorxaraq kameralarını tərk etməkdən imtina edirlər.

Binalarla bağlı CPT qeyd edir ki, «Fresnes» həbsxanasındakı saxlanma şəraiti dəhşətli idi :

"Binalar və kameralar rütubətli, bərbad və antisanitar vəziyyətdə idi, həmçinin siçovulların, tarakanların və taxtabitilərin olması həyəcan vericiidi. «Villefranche» və «Fleury-Mérogis » qadınların saxlanma mərkəzində kameralar köhnə və bərbad vəziyyətdə idi, mebelləri və pəncərələri sınıq idi" .

Hesabatda, ümumiyyətlə, məhbusların fəaliyyət qrafiki pislənir :

"Onlar gündə təxminən iyirmi saat, həftəsonları isə daha çox vaxtlarını kameralarında keçirirlər. Yetkinlik yaşına çatmayanlar bölmələrində təhsilin çox vaxt gündə bir və ya iki saatla məhdudlaşdırıldığı müşahidə olunur".

CPT nümayəndə heyəti həmçinin 14 dörd polis və jandarma məntəqəsinə baş çəkib. Onlar məntəqələrdə tez-tez antisanitar şəraitin, tualetlərin tıxandığını müşahidə ediblər. Müsahibə verən dustaqlardan biri 2020-ci ildə ABŞ-da Corc Floydun ölümünü xatırladan döyülmələr və hətta zorakılıq halları barədə məlumat verib: "Bir neçə kişi bir neçə polis məmuru tərəfindən yerə yıxılaraq, döyülür. Bəzən polislər dizlərini onların sinələrinə və boynlarına sıxıb, təzyiq göstərirlər, bəzən isə ayaqları ilə distaqların üzlərini əzirlər".  CPT xəbərdarlıq edib ki, belə bir üsula yenidən baxılmalıdır, çünki bu, asfiksiya riskini əhəmiyyətli dərəcədə artırır".

Hesabatda yer alan cavablarında Fransa hakimiyyəti hüquq-mühafizə orqanlarına verilən təlimi gücləndirmək niyyətində olduqlarını, işlərin görülməsi və ya maddi şəraitin yaxşılaşdırılması öhdəliyini götürdüklərini bildirirlər. Yanvarın əvvəlində ədliyyə naziri Gerald Darmanin, xüsusən də yeni həbsxanalar tikməklə həbsxanalarda həddindən artıq sıxlıqla mübarizə aparmaq niyyətində olduğunu bildirsə də, məhbusların sayının tənzimlənməsini istisna edib. Onun nazirliyi növbəti 18 ay ərzində modul tipli həbsxanalarda əlavə 3 min yer açmağı planlaşdırır.

Rəsmi rəqəmlərə görə, 1 dekabr 2025-ci il tarixinə Fransada 63min 613 həbsxana yeri üçün rekord sayda - 86 min 229 məhbus var idi ki, bu da ümumi doluluq nisbətinin 136,5%-ni təşkil edir. Hesabatda deyilir ki, CPT qəti şəkildə inanır ki, yeni saxlama müəssisələrinin tikintisi və ya həbsxanaların tutumunun artırılması həddindən artıq sıxlıq probleminin davamlı həlli deyil".

Fransa həbsxana sıxlığına görə Avropada ən pis göstəricilərə malik ölkələrdən biridir. Qırx altı üzv dövləti olan Avropa Şurasının 2025-ci ilin iyul ayında dərc etdiyi bir araşdırmaya görə, yalnız Sloveniya və Kipr daha pis vəziyyətdədir.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Yanvar 2026 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri