Fransa Rusiyaya görə BMT yə çağırış etdi

22.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Rusiyanın Ukraynaya, xüsusilə də Kiyevə endirdiyi zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsində paylaşım edib. Nazirin sözlərinə görə, noyabrın 19-u axşam saatlarında Rusiyanın Kiyevin mərkəzinə endirdiyi zərbələr nəticəsində Avstriya və Niderland səfirliklərinin binalarına da ziyan dəyib.

Barro baş verənləri cinayət adlandıraraq Fransanın bu hücumları qətiyyətlə pislədiyini bildirib. 

“Fransa bu hücumları qətiyyətlə pisləyir. BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edirəm. Rusiya orada baş verənlərə görə hesabat verməyə məcbur olacaq. Ukrayna xalqı, eləcə də avstriyalı və niderlandlı dostlarımızla tam həmrəyliyimizi ifadə edirəm”, – deyə nazir qeyd edib.

Fransa tərəfinin təşəbbüsü Rusiyanın Ukraynaya zərbələri və Kiyevdə diplomatik nümayəndəliklərin binalarına dəymiş ziyanla bağlı beynəlxalq müzakirələrin aparılmasına yönəlib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью