Fransa Rusiyaya görə BMT yə çağırış etdi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Rusiyanın Ukraynaya, xüsusilə də Kiyevə endirdiyi zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsində paylaşım edib. Nazirin sözlərinə görə, noyabrın 19-u axşam saatlarında Rusiyanın Kiyevin mərkəzinə endirdiyi zərbələr nəticəsində Avstriya və Niderland səfirliklərinin binalarına da ziyan dəyib.
Barro baş verənləri cinayət adlandıraraq Fransanın bu hücumları qətiyyətlə pislədiyini bildirib.
“Fransa bu hücumları qətiyyətlə pisləyir. BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edirəm. Rusiya orada baş verənlərə görə hesabat verməyə məcbur olacaq. Ukrayna xalqı, eləcə də avstriyalı və niderlandlı dostlarımızla tam həmrəyliyimizi ifadə edirəm”, – deyə nazir qeyd edib.
Fransa tərəfinin təşəbbüsü Rusiyanın Ukraynaya zərbələri və Kiyevdə diplomatik nümayəndəliklərin binalarına dəymiş ziyanla bağlı beynəlxalq müzakirələrin aparılmasına yönəlib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:75
Bu xəbər 22 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















