Fransa səfiri Azərbaycan sərhədində yenə “boy göstərir” Rəsmi Bakı xəbərdarlığını edib... …
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini təxribaçı missiyasını davam etdirir.“Az
"Fransanın Ermənistandakı səfirini qərargahda qəbul etmək bizim üçün böyük şərəfdir", - Aİ-nin Ermənistandakı missiyasının məlumatında qeyd
O da bildirilir ki, səfirə missiyanın fəaliyyəti barədə məlumat verilib.
Diplomat missiyanın fəaliyyətini yerlərdə müşahidə etmək üçün Xaçık kənd patruluna qoşulub.Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Aİ missiyasının və onun “qonaqlarının” Azərbaycanla sərhəddəki fəaliyyətlərinin arzuolunmaz olduğunu bəyan edib.
Qeyd olunur ki, bu missiya Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir və iki ölkə arasında hazırda davam edən sülh prosesinə əngəllər yaradır.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Aİ missiyasının Ermənistanda fəaliyyətinin davam etdirilməsinə hər hansı zərurət yoxdur, çünki 2023-cü il 19 sentyabrda Qarabağda keçirilmiş antiterror əməliyyatından sonra şərti sərhəddə hər hansı gərginlik, davamlı atəşkəs pozuntuları olmayıb.
Ara-sıra bu cür təxribatlar Ermənistan hərbçiləri tərəfindən törədilsə də lokal xarakter daşıyıb.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin və münasibətlərin normallaşması prinsipləri sırasında Ermənistanın Qərb ölkələri tərəfindən silahlandırılmasının dayandırılması ilə yanaşı Aİ missiyasının fəaliyyətinin ləğv olunmasını da göstərir.
Tam oxu
Xəbəri oxu